Rusiya pilotsuz təyyarələrlə Polşa ilə sərhəddə, Volın vilayətindəki Yahodin sərhəd keçid məntəqəsinə hücum edib.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının sözçüsü Yaçek Qorişevski bildirib ki, hələlik Rusiya pilotsuz təyyarəsinin nəyi hədəf aldığı barədə heç bir məlumat yoxdur.
"Rusiya Federasiyasına məxsus daha bir pilotsuz uçuş aparatı Dorohuskdakı keçidin yaxınlığında, yenə də Yahodin yaşayış məntəqəsinin yaxınlığında düşüb", - deyə o bildirib.
Ukrayna Dövlət Sərhəd Mühafizə Xidmətindəki mənbələr də, Rusiyanın sərhəd yaxınlığında dron hücumunu təsdiqləyib. Ancaq Yahodin sərhəd keçid məntəqəsinin özünə zərər dəyməyib.
Tahir TAĞIYEV