Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

Image


Asif İbrahimov: “Azərbaycanın bunun üçün imkanları genişdir”

Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas hədəf ölkənin qeyri- neft sektoruna xarici investisiya cəlb etməkdir. Yəni İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas hədəfi ölkənin investisiya, istehsal və innovasiya potensialını geniş auditoriyaya təqdim etmək, eləcə də yeni əməkdaşlıq imkanları müəyyənləşdirmək olub.

Yeni tərəfdaşlıq əlaqələri qurmaq və birgə layihələr müzakirə etmək, qlobal çağırışlar fonunda yaşıl keçid və rəqəmsal transformasiyanı dəstəkləməkdir.

Azərbaycan nə dərəcədə bunu bacara biləcək?

Tanınmış iqtisadçı ekspert Asif İbarhimov baki-xeber.com-a bildirdi ki, Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 23 sənəd üzrə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrinin elan edilməsi Azərbaycanın investorlar üçün maraqlı istiqamət olaraq qaldığını göstərir. “Amma bu rəqəmə yalnız investisiyanın həcmi kimi baxmaq düzgün olmaz. Çünki 10,8 milyard dollarlıq layihənin elan edilməsi hələ 10,8 milyard dolların Azərbaycan iqtisadiyyatına daxil olması demək deyil. İnvestisiya siyasətində ən böyük səhvlərdən biri elan olunan məbləği nəticə kimi qəbul etməkdir. Əsl nəticə investisiya qoyulandan sonra başlayır. Kapital ölkəyə daxil olmalı, layihə maliyyələşdirilməli, müəssisə qurulmalı, istehsal başlamalı, iş yerləri yaranmalı, məhsul istehsal olunmalı və həmin məhsulun bir hissəsi xarici bazarlara çıxmalıdır. Azərbaycanın əsas məqsədi də məhz burada olmalıdır. Bizə sadəcə kapital lazım deyil, iqtisadiyyatda əlavə dəyər yaradan kapital lazımdır. 2025-ci ildə Azərbaycanda əsas kapitala 21,2 milyard manat investisiya yönəldilib. Bunun 80,2 faizi daxili investisiyaların payına düşüb. Eyni zamanda qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar əvvəlki illə müqayisədə 3,9 faiz azalıb. Bu göstəricilər qeyri-neft sektoruna xarici investisiyaların daha geniş cəlb edilməsinin hələ də əsas iqtisadi məsələlərdən biri olduğunu göstərir. 2026-cı ilin ilk 7 ayında isə qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalarda real ifadədə 1,9 faizlik artım qeydə alınıb. Bu, müsbət dinamika olsa da, əsas məqsəd bu artımı daha sürətli və davamlı investisiya axınına çevirməkdir.

Burada investisiyanın həcmi ilə keyfiyyətini bir-birindən ayırmaq lazımdır. Xarici investorun Azərbaycana gəlməsi özü-özlüyündə məqsəd ola bilməz. Əsas məsələ investorun hansı sahəyə gəldiyi və gətirdiyi kapitalın hansı iqtisadi nəticəni yaratdığıdır. Məsələn, 500 milyon dolların əsasən daşınmaz əmlaka və daxili istehlaka yönəldilməsi ilə eyni məbləğin ixracyönümlü sənayeyə, yüksək texnologiyaya və ya rəqəmsal iqtisadiyyata yatırılması eyni nəticəni yaratmır. Birinci halda əsasən tikinti və xidmət fəaliyyəti genişlənir. İkinci halda isə istehsal, texnologiya transferi, yeni təchizat zəncirləri, ixrac və məhsuldarlıq artımı formalaşa bilər. Ona görə Azərbaycanın investisiya siyasətində strateji və operativ məqsədləri bir-birindən ayırmaq lazımdır. Strateji məqsəd qeyri-neft sektoruna daha çox və daha keyfiyyətli xarici investisiya cəlb etmək, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, ixracyönümlü və yüksək əlavə dəyər yaradan istehsalı genişləndirməkdir”.

A.İbrahimovun fikrincə, burada söhbət yalnız kapitalın artırılmasından getmir, məqsəd eyni zamanda texnologiyanın, məhsuldarlığın və rəqabət qabiliyyətinin yüksəldilməsidir. “Azərbaycanın bunun üçün imkanları genişdir. Orta Dəhliz, logistika, yaşıl enerji, sənaye, rəqəmsal iqtisadiyyat, süni intellekt, kənd təsərrüfatı və kritik xammal sahələri yeni investisiya istiqamətləri yaradır. Azərbaycanın coğrafi mövqeyi və formalaşmaqda olan nəqliyyat infrastrukturu da investor üçün əlavə üstünlüklər yaradır. Amma investor yalnız Azərbaycanın potensialına baxmır. O, riskə və gəlirliliyə baxır. Kapitalının nə qədər müddətə geri qayıdacağını, hüquqi təminatın səviyyəsini, rəqabət mühitini, kadr imkanlarını, logistika xərclərini və bazara çıxış imkanlarını hesablayır.

Deməli, investisiya cəlb etmək üçün yalnız ölkənin imkanlarını təqdim etmək kifayət deyil. İnvestor üçün kapitalını uzunmüddətli perspektivdə işlədə biləcəyi proqnozlaşdırılan və rəqabətqabiliyyətli biznes mühiti formalaşdırılmalıdır.

Operativ məqsədlər də məhz burada başlayır”.

A.İbrahimov bildirdi ki, investor üçün hazır və iqtisadi cəhətdən əsaslandırılmış layihələrin hazırlanması, investisiya prosedurlarının sadələşdirilməsi, sənaye və iqtisadi zonalarda infrastrukturun təmin edilməsi, investisiya təşviqlərinin təkmilləşdirilməsi, investorların yerli şirkətlərlə əlaqələndirilməsi və layihələrin icrasının monitorinqi təmin edilməlidir.

“Ən vacib məsələlərdən biri isə imzalanan investisiya sənədlərinin sonrakı taleyidir. 10,8 milyard dollarlıq layihələr üzrə sənədlərin imzalanması mühüm göstəricidir, amma son nəticə deyil. Operativ mərhələdə həmin layihələrin maliyyələşdirilməsi, tikintisinin başlanması, istehsala keçməsi və iqtisadi fəaliyyət yaratması təmin olunmalıdır. Bu baxımdan investisiya forumlarının nəticələrini qiymətləndirmək üçün ayrıca bir göstəricilər sistemi formalaşdırmaq lazımdır. Biz bilməliyik: elan olunan investisiyanın nə qədəri real olaraq yatırılıb, nə qədər yeni istehsal yaradılıb, nə qədər ixrac formalaşıb, neçə yeni iş yeri açılıb, nə qədər texnologiya gətirilib və yerli şirkətlər həmin layihələrin təchizat zəncirinə hansı səviyyədə qoşulub. Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda da 10 milyard dollardan artıq layihələr üzrə sənədlər imzalanmış və bunun 7 milyard dollardan çox hissəsi qeyri-neft sektoruna aid olmuşdu. Ona görə ikinci forumun nəticələrini qiymətləndirərkən əvvəlki forumda elan olunan layihələrin də nə qədərinin real investisiyaya çevrildiyini nəzərə almaq vacibdir. Mən hesab edirəm ki, Azərbaycanın investisiya siyasətində növbəti mərhələ “investisiyanın cəlb edilməsi” mərhələsindən “investisiyanın iqtisadi nəticəsinin artırılması” mərhələsinə keçid olmalıdır. Yəni strateji məqsəd daha çox əlavə dəyər yaradan investisiya cəlb etmək, operativ məqsəd isə həmin investisiyanın real layihəyə çevrilməsi üçün investorun qarşısındakı maneələri aradan qaldırmaqdır. Bu zəncir belə qurulmalıdır: investorun cəlb edilməsi, investisiyanın reallaşdırılması, istehsalın yaradılması, ixracın artırılması, texnologiyanın gətirilməsi, məhsuldarlığın yüksəldilməsi və əlavə dəyərin formalaşdırılması. Əsas məsələ Azərbaycanın nə qədər investisiya cəlb etməsi deyil. Əsas məsələ cəlb etdiyi investisiyanın Azərbaycan iqtisadiyyatında nə qədər əlavə dəyər yaratmasıdır. İnvestisiya siyasətinin real uğuru da məhz bununla ölçülməlidir”-deyə A.İbrahimov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ