çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

Image


Rusiyanın reaktiv mühərrikli dronlarla hücumları nəticəsində Ukraynada ölənlərin sayı artır. Ukrayna prezidenti Volodimir Zelenski isə Kremlin ölkə daxilində yeni səfərbərliyə hazırlaşdığını bildirib. O, həmçinin, Şimali Koreyadan Rusiyaya daha 10 min hərbçinin göndəriləcəyini iddia edib.

Zelenskinin bu çıxışından sonra Ukrayna paytaxtındakı jurnalistlər raket hücumu xəbərdarlığı zamanı güclü partlayış səsləri eşitdiklərini bildiriblər.

Son vaxtlar Ukraynaya hücumlarda tez-tez yeni reaktiv mühərrikli dronlardan istifadə olunur. Zelenski videomüraciətində Ukrayna ordusunun yüksək sürətlə uçan reaktiv mühərrikli Rusiya dronlarına qarşı mübarizədə çətinlik çəkdiyini etiraf edib. Onun sözlərinə görə, bu növ dronların vurulma göstəricisi 60 faizdən bir qədər aşağıdır. Zelenski bildirib ki, Ukraynaya atılan 120 drondan 90-ı pərli deyil, məhz reaktiv mühərrikli olub: "Hazırda yeni antidron vasitələri fəal şəkildə sınaqdan keçirilir". Prezident bəzi döyüş qruplarının artıq bu vasitələrdən istifadə etdiyini, istehsalçıları tələsdirdiklərini vurğulayıb. Zelenski, Hərbi Kəşfiyyat İdarəsinin hesabatına əsaslanaraq, Rusiyanın yeni səfərbərlik dalğasına başladığını bildirib: "Onlar müxtəlif üsullarla orduya cəlb etdikləri insanların sayını artırırlar. Rusiyanın öz ordusuna adam topladığı ölkələrin hökumətləri buna qarşı tədbir görməlidir". Zelenski vurğulayıb ki, Kremlin 2024-cü ildə Şimali Koreyadan gətirdiyi hərbçilərindən təxminən 8 mini hələ də Rusiya ərazisindədir. Həmin qüvvələr Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə daxil olan zaman gətirilmişdi. Zelenskinin sözlərinə görə, indi daha 10 min hərbçinin göndərilməsi üçün hazırlıq gedir. Rusiya prezidenti Vladimir Putin yeni səfərbərlik barədə xəbərləri tamamilə cəfəngiyat adlandırıb. Buna baxmayaraq, o, sentyabrın 28-də ordunun hərbi qulluqçularının sayını 15 min 500 nəfər artıran fərman imzalayıb. Bu, Putinin cari ildə ordu heyətinin artırılması ilə bağlı imzaladığı sayca dördüncü fərmandır. Fərmanda deyilir: "Rusiya Federasiyası Silahlı Qüvvələrinin ştat sayı 1 milyon 550 min 500-ü hərbçi olmaqla, ümumilikdə 2 milyon 441 min 630 ştat vahidi müəyyən edilsin". Artımın səbəbi açıqlanmır. Putin sonuncu dəfə 2022-ci ildə qismən səfərbərlik elan etmişdi. Belə bir addımın təkrarlanmasının Rusiya cəmiyyətində ciddi narazılıq doğuracağı ehtimalı yüksəkdir. Bu fonda Ukraynanın baş naziri Sergiy Koretski ölkənin maliyyə vəziyyətinin çətin olaraq qaldığını bildirib. Onun sözlərinə görə, islahatların ləng getməsi Qərb tərəfdaşlarının maliyyə yardımlarını gecikdirməsinə səbəb olub: "Planlaşdırılan beynəlxalq maliyyə dəstəyinin bir hissəsi hələ daxil olmayıb. Bunun səbəblərindən biri Ukraynanın beynəlxalq tərəfdaşlar qarşısında götürdüyü bəzi öhdəlikləri vaxtında yerinə yetirə bilməməsidir".

Koretski ukraynalı deputatları təxirəsalınmaz və çətin islahatları qəbul etməyə çağırıb. Bu islahatlara xaricdən göndərilən poçt bağlamalarının vergiyə cəlb edilməsi və vergi sisteminin hərtərəfli yenidən qurulması daxildir. Zelenski Koretski və digər rəsmilərlə keçirdiyi görüşdə yaxın həftələrdə tərəfdaşlarla işin əsas prioritetlərini müzakirə etdiyini bildirib. Məhz belə bir vaxtda Qazaxıstan Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) rəsmi nota göndərərək öz vətəndaşlarının vətənə qaytarılması üçün kömək istəyib. Həmin şəxslərdən biri Rusiyaya işləməyə gedən və daha sonra ailəsinə Ukraynadakı müharibəyə göndərilməyə məcbur edildiyini deyən Miras Taşarqanovdur. Bu barədə Qazaxıstan XİN "Azattık" radiosunun sorğusuna cavab olaraq bildirib. Nazirlik bildirir ki, bu il sentyabrın 17-də səfirliyin konsulluq şöbəsi Güljan Taşarqanova və onun oğlu M.Taşarqanov ilə əlaqə saxlayaraq ananın iddialarını təsdiqləyib. M.Taşarqanov telefon söhbətində çətin vəziyyətə düşdüyünü, yanında daha bir neçə Qazaxıstan vətəndaşının da olduğunu bildirib, vətənə qaytarılmaları üçün kömək istəyib. Sentyabrın 18-də Qazaxıstan səfirliyi həmin vətəndaşların ölkəyə qaytarılmasına köməklik göstərilməsi xahişi ilə Rusiya XİN-ə rəsmi nota göndərib. Astanada yaşayan M.Taşarqanov növbəli işdə çalışmaq üçün Rusiyaya getsə də, sonradan bu ölkənin silahlı qüvvələrinin sıralarına düşüb. Anasının sözlərinə görə, oğlu Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur edilib. Oğlunun Ukrayna cəbhəsinə göndəriləcəyindən narahatlıq keçirən ana onun evə qaytarılması üçün Qazaxıstanın dövlət qurumlarına müraciət edib. Hazırda Ukraynada Rusiyanın tərəfində döyüşən Qazaxıstan vətəndaşlarının dəqiq sayı barədə rəsmi məlumat yoxdur. Ukraynanın "Yaşamaq istəyirəm" dövlət layihəsinin daha əvvəl açıqladığı statistikaya əsasən, azı 2 min 389 Qazaxıstan vətəndaşı Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb. Ümumilikdə isə Mərkəzi Asiyadan 12 mindən çox insanın Rusiya ordusunun tərkibində döyüşlərə cəlb edildiyi bildirilir. Qazaxıstan qanunvericiliyinə görə, xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak və muzdluluğa görə 9 ildən ömürlük həbsədək ağır cəzalar kəsilə bilər. Rusiyada miqrantlara yardım göstərən hüquq müdafiəçilərinin sözlərinə görə, hərbi müqavilə imzalandıqdan sonra, bir qayda olaraq, hüquqi yolla geri qayıtmaq şansı qalmır və insanlar birbaşa cəbhə xəttinə göndərilir. Bəziləri yaralandıqdan və hospitalda müalicə aldıqdan sonra vətəninə qaçmağı bacarır. Orada isə xarici ölkədəki müharibədə iştirak və muzdluluq ittihamları ilə cinayət məsuliyyətinə cəlb olunurlar. Onlara adətən 3 ildən 5-6 ilədək həbs cəzası verilir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ