Aleksandar Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdiyini elan etdikdən sonra onun vəzifələrini Parlamentin sədri, bu vəzifəni tutan ilk qadın və ilk açıq şəkildə lezbiyan Ana Brnabiç yerinə yetirəcək.
Bu barədə "European Pravda" qəzeti Danasa istinadən məlumat yayıb.
Vuçiç Serbiya prezidenti vəzifəsində ikinci müddətinə vaxtından əvvəl son vermək qərarına gəldiyindən, Brnabiç indi yeni dövlət başçısı üçün seçkilər təyin etməlidir.
9 sentyabrda Vuçiç Serbiya hökumətinin təklifi ilə parlamenti buraxıb və parlament seçkilərini 25 oktyabra təyin edib.
Serbiya Tərəqqipərvər Partiyasının Əsas Şurası Vuçiçi "Birləşmiş Serbiya" seçki siyahısının lideri və baş nazirliyə namizəd kimi irəli sürüb.
Əli TURABOV