İstanbul Baş Prokurorluğunun Çirkli Pulların Yuyulması Cinayətlərinin İstintaq Bürosu tərəfindən aparılan maliyyə istintaqı çərçivəsində AK Partiyadakı vəzifələrindən istefa verən Fatma Betül Sayan Kaya ilə bağlı yeni qərar qəbul edilib.
Prokurorluq tərəfindən kapital bazarı əməliyyatları ilə bağlı aparılan istintaq çərçivəsində İlyas Kaya və həyat yoldaşı Fatma Betül Sayan Kayaya məxsus bütün aktivlərin dondurulması tələbi irəli sürülüb.
Məsələ ilə bağlı müvafiq qurumlara rəsmi məktubların göndərildiyi bildirilib.
Tahir TAĞIYEV