Avropa Xalq Partiyasında (AXP) Vuçiçin Serbiya Mütərəqqi Partiyasının AXP-dən xaric edilməsi barədə məsələ qaldırılıb. Səbəb bu partiya üzvlərinin “serb qəssabı” kimi tanınan Mladiçin dəfnində iştirak etməsi olub.
Mladiç 90-cı illərin ortalarında Bosniya müsəlmanlarına amansızcasına divan tutması nəticəsində bu adı qazanıb. Məhz bu əməllərinə görə Mladiç Haaqa məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edildi və türmədə də öldü. Amma maraqlıdır ki, nəşi Serbiyaya veriləndən sonra serblər onu əsl qəhrəman kimi dəfn ediblər. Elə Vuçiçin partiyasının üzvlərinin də onun dəfnində aktiv iştirakı partiyanın Avropa Xalq Partiyasında arzuolunmazlar siyahısına düşməsinə səbəb olub və partiyanın xaric olunması gündəmə gətirilib.
SAMİRƏ