çərşənbə günü, 30 sentyabr 2026
     

Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

Image


Azərbaycanın qazandığı hər bir uğur Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Bu fikrin tarixi həqiqətə söykəndiyini görmək üçün Azərbaycanın müstəqilliyinin ilk illərində üz-üzə qaldığı ağır sınaqları xatırlamaq kifayətdir. Həmin dövrdə bədnam AXC-Müsavat cütlüyünün uğursuz siyasəti, şəxsi ambisiyaların dövlət və milli maraqlardan üstün tutulması Azərbaycanı ciddi təhlükələr və ağır faciələr qarşısında qoymuşdu. Tarixi nailiyyətimiz olan müstəqilliyimizi itirmək, Azərbaycanın bir dövlət kimi dünya xəritəsindən silinməsi təhlükəsi xalqın gələcəyə olan inamını ciddi şəkildə sarsıdırdı. Müstəqilliyin bərpasının ilk illərində xalqımız qarşılaşdığı çətin problemlərin həllini, xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevdə görürdü. Heç də təsadüfi deyil ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız dahi rəhbər Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələrdən öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən hakimiyyəti zor gücünə zəbt etmiş AXC-Müsavat cütlüyü xilas üçün sonda Heydər Əliyevdən imdad istədi.

Dahi şəxsiyyət Heydər Əliyevin adı çəkilərkən ilk növbədə xilaskarlıq missiyasının yada düşməsi heç də təsadüfi deyil. Əslində, 1993-cü ildə Azərbaycanın ən ağır və mürəkkəb günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizin bugünkü reallıqlarının əsasını qoydu. Azərbaycan tarixində və xalqımızın taleyində xüsusi əhəmiyyət daşıyan elə əlamətdar günlər vardır ki, onların tarixi mahiyyəti və gələcəyimiz baxımından rolu zaman keçdikcə daha aydın şəkildə dərk edilir. Məhz həmin günlərdə ölkənin gələcək inkişaf istiqamətini müəyyən edən yolun əsası qoyulur. Bu mənada həm Azərbaycanın, həm də xalqımızın həyatında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilən tarixi günlərdən biri də 1993-cü ilin 3 oktyabr tarixidir. Həmin gün xalqımız ölkənin gələcək taleyini həll edən, tərəqqi və inkişaf yolunun təməlini qoyan tarixi seçimə imza atdı. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqının taleyində mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövlətinin inkişafa, tərəqqiyə gedən yolunda isə həlledici mərhələnin başlanğıcı oldu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu tarixi seçimlə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsası qoyuldu, ölkənin gələcək inkişafının təməli formalaşdı.

Xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içdi. Dahi liderin rəhbərliyi ilə Azərbaycan ağır siyasi və iqtisadi böhrandan çıxaraq sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna qədəm qoydu. Ölkənin gələcək inkişafı üçün mühüm siyasi və iqtisadi qərarlar qəbul edildi, qlobal enerji və kommunikasiya layihələrinin reallaşdırılması istiqamətində mühüm addımlar atıldı. Bununla da Ulu Öndər Heydər Əliyev dövlətə və Vətənə sədaqətli xidmətin, milli maraqlara bağlılığın və dövlətçilik iradəsinin parlaq nümunəsini yaratdı.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, ilk hakimiyyəti dövründə Azərbaycanı keçmiş SSRİ məkanında ən geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən diyara çevirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ilin iyununda, yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın gələcək taleyinin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək hakimiyyətə qayıdaraq doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdi. Müasir müstəqil Azərbaycanın sonrakı iqtisadi inkişafında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki mərhələsində yaratdığı möhkəm təməl həlledici rol oynadı.

Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın malik olduğu iqtisadi potensialdan səmərəli istifadənin təmin edilməsi məqsədilə “Əsrin müqaviləsi”nin imzalanması bu gün ölkəmizin dünyada iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirir. Ümummilli Lider hələ o vaxtlar iqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməklə bu gün qeyri-neft sektorunun inkişafı istiqamətində davamlı addımların atılmasına geniş imkanlar yaratdı. Ulu Öndərin Fərmanı əsasında 1999-cu ildə yaradılan Dövlət Neft Fondu bu gün müstəqil Azərbaycan Respublikasında neft gəlirlərindən səmərəli istifadəni, şəffaflığın qorunmasını təmin edir. Bütün dövrlərin təhlili Ulu Öndərin vaxtilə böyük uzaqgörənliklə bəyan etdiyi bu reallığı təsdiqləyir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

Vüqar Rəhimzadə bildirib ki, Ulu Öndərin tariximizin, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın, mədəniyyətimizin qorunması, təbliği istiqamətində gördüyü işlər ölçüyəgəlməzdir. Təbii ki, dahi rəhbərin bütün bu addımları dövlətinə, xalqına sevgisindən, Azərbaycanı hər zaman zirvələrdə görmək istəyindən irəli gəlirdi. Hər zaman dönə-dönə vurğulandığı kimi, Ümummilli Lider Heydər Əliyev artıq dillər əzbəri olan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı ilə harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını vahid amal ətrafında sıx birləşdirdi.

Millət vəkili vurğulayıb ki, uğurlarımız, Azərbaycanın bugünkü reallıqları Ümummilli Lider Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Dahi şəxsiyyət hakimiyyətinin birinci dövründə, həmçinin fəaliyyətinin Naxçıvan mərhələsində Azərbaycanın bu günü, müstəqil gələcəyi naminə mühüm addımlar atıb. Bu gün hansı sahəyə nəzər salsaq Heydər Əliyev siyasətinin uğurlarını görərik. Son 23 ilə yaxın dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli inkişafını şərtləndirdi, ən əsası dahi şəxsiyyətin ən böyük arzusu olan torpaqlarımızın işğaldan azad edilməsini reallaşdırdı. Bu gün Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın uğurlarından bəhs edərkən Onun siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təkmil siyasəti nəticəsində bu təqdimata əlavə edilən qalib, bütövləşən, yeni dövrə qədəm qoyan ölkə ifadəsini qürurla işlədirik. Hazırda işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanması, Qarabağımızın, Şərqi Zəngəzurumuzun diplomatik mərkəzə çevrilməsi hər birimiz üçün sonsuz qürur, sevinc mənbəyidir. Bu gün artıq azad edilmiş torpaqlarımız cənnət məkana çevrilir. Bu torpaqların malik olduğu iqtisadi potensialdan səmərəli istifadə edərək Azərbaycanın dayanıqlı inkişafına töhfələrin verilməsi üçün Dövlət proqramları, Milli Prioritetlər icra edilir. Azad edilmiş torpaqlarımız müasir şəkildə qurulur, mərhələ-mərhələ sakinlərinə qovuşur. Bu qürurverici məqamı da xüsusi qeyd etməliyik ki, artıq bir ilə yaxındır ki, sülh şəraitində yaşayırıq. Azərbaycan sülh gündəliyinin müəllifi, onu gercəkliyə çevirən ölkə kimi dünyanın diqqətindədir.

Vüqar Rəhimzadə qeyd etdikləri fonunda bu ümumiləşdirməni aparıb ki, Ulu Öndər Heydər Əliyev təkcə qüdrətli Azərbaycan dövlətini yaratmaqla kifayətlənmədi, həmçinin bu dövlətin gələcək inkişaf konsepsiyasını müəyyənləşdirdi. İctimai sabitliyin davamlı prosesə çevrilməsi, onilliklər boyu xalqın sosial rifah halını təmin edən yeni neft strategiyasının hazırlanması və uğurlu icrası, qeyri-neft sektorunun inkişaf etdirilməsi və sair kimi proseslər Ulu Öndərin dövlətçilik konsepsiyasının tərkib hissəsidir. Onun siyasi fəaliyyəti Azərbaycana xidmətin ən təkmil nümunəsidir. Bu siyasi xətti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan zirvələri fəth edir, yeni zəfərlərə imza atır.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ