Cümə günü, 16 oktyabr 2026
     

Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

Image


Qasım Hacıyev: “Azərbaycanın bir çox yerlərində alban-xristian abidələri mövcuddur və vəziyyəti pis olanların bərpasına ciddi ehtiyac var”

Azərbaycanın hər yerində Alban dövrü abidələr mövcuddur. Yəni yalnız Qarabağda, və Şərqi Zəngəzurda deyil, Azərbaycanın əksər bölgələrində Qafqaz Albaniyası irsi mövcuddur, bunların da xeyli hissəsini kilsələr, məbədlər, monastrlar təşkil edir.

Azərbaycanın işğaldan azad edilmiş dağlıq ərazilərində, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda uzun illər baxımsız qalan, dağıdılan və ya saxtalaşdırmaya məruz qalan Qafqaz Albaniyasına aid dini-mədəni irsin bərpası və araşdırılması hazırda dövlətin əsas strateji və mədəni prioritetlərindən biridir.

Bu olduqca müsbət tendensiyadır və xalqımızın tarixi irsinin yenidən özünə qaytarılması çox vacibdir.

Ölkəmizin bir sıra yerlərində, xüsusən də dağlıq rayonların ərazilərində yerləşən onlarla qədim alban abidəsi var ki, onların bir çoxunun vəziyyəti heç də ürəkaçan deyil.

Alimlərin də tədiqiqatlarından, müşahidələrindən, yerli əhalinin də söhbətlərindən məlum olur ki, bəzi yerlərdə, xüsusən də dağlıq ərazilərdə hələ də baxımsız vəziyyətdə olan alban abidələri, monastrlar var, bəziləri yarı uçuq haldadır, bəzilərinin kalafası, yəni himi qalıb və sair. O da məlumdur ki, aidiyyəti qurumların o abidələrə diqqəti yetərli deyil, abidələrin mühafizəsi lazımı şəkildə həyata keçirilmir, bəzilərinin üzərində löhvə belə yoxdur.

Qeyd edək ki, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı bu ilin yayında Xoşbulaq yaylağında müşahidə etdiyi bir qala barədə yazıb və qalanın mühafizəsinin aşağı səviyyədə olduğunu bildirib: “...Bölgədə aparılan vizual memarlıq-tədqiqat işləri zamanı Xoşbulaq yaylağının hündür dağ zirvələrindən birinin hamar relyefində yerləşən, elmi ədəbiyyatda və rəsmi qeydiyyatda geniş təhlil olunmamış unikal bir siklopik qala (çoban qalası / qala-məskən) qalığı aşkar edilmişdir. Bu məqalə, həmin abidənin memarlıq-planlaşdırma quruluşunu və onun mühafizə statusu ilə bağlı mövcud problemləri elmi müstəvidə nəzərdən keçirir...

Abidənin qorunma statusu kağız üzərində qalsa da, faktiki olaraq nəzarətsiz vəziyyətdədir. Qala ərazisində və tarixi divarların içərisində iri və xırdabuynuzlu heyvan sürülərinin (mal-qoyun) otarılması abidənin mədəni qatına zərbə vurur, quru hörgü üsulu ilə ucaldılmış divarların aşınmasını və uçmasını sürətləndirir. Bu xüsusat, abidənin fiziki mühafizəsinin təcili olaraq gücləndirilməsini tələb edir. Daşkəsənin Xoşbulaq yaylağındakı ikiqat divarlı, içqalalı siklopik tikili Azərbaycanın qədim müdafiə memarlığının mühüm monumentlərindən biridir. Abidənin relyeflə vəhdəti və hörgü xüsusiyyətləri onun yüksək memarlıq dəyərini sübut edir. Abidənin pasportlaşdırılmasında gedən elmi qeyri-dəqiqliklərin aradan qaldırılması, ona "Memarlıq abidəsi" statusunun verilməsi və ərazidə təcili olaraq multidissiplinar (memarlıq və arxeologiya birgə) tədqiqatların və qazıntıların başlanması Azərbaycan tarixinin qədim səhifələrinin işıqlandırılması üçün vacib addımdır”.

Azərbaycan ərazisində belə abidələr çoxdur.

Bu vəziyyətdə olan abidələrin yenidən siyahıya alınması və bərpası vacib bir məsələ kimi qarşıda durur.

Alimlər hazırda baxımsız vəziyyətdə olan o qədim kilsələrin, abidələrin bərpa prosesini necə görür? Alban dövrü abidələrin bərpası necə həyata keçirilməlidir?

Tarix elmləri doktoru, professor Qasım Hacıyev baki-xeber.com-a bildirdi ki, təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, Azərbaycanın müxtəlif ərazilərində, bölgələrində xristian-Alban abidələri mövcuddur. “Onlar arasında qorunub saxlanılanları da var, müxtəlif dövrlərdə təbii təsirlərdən uçub dağılanlar da var. Amma artıq bu abidələrin bərpasına başlanılıb. Qarabağın bir çox yerində ermənilərin dağıtdığı abidələr bərpa olunur, həm xristian dövrü, həm də müsəlman abidələri bərpa olunur. Azərbaycanın bir çox yerlərində alban-xristian abidələri mövcuddur və vəziyyəti pis olanların bərpasına ciddi ehtiyac var. Bu abidələr xalqımızın tarixi irsidir. İstər atəşpərəstlik, istər tanrıçılıq, istər xristianlıq, istərsə də islam abidələri bizim əcdadlarımızın yartdığı tarixi irsdir. Bu Azərbaycan xalqına məxsusudur. O baxımdan götürəndə dağılmış abidələr çox yerlərdə bərpa olunur. Onları bərpa etməliyik. Bu ərazilərdə bizim ulu əcdadlarımız yaşayıb və onlar da tapındıqları dinlərə aid abidələr yaradıblar”.

Q.Hacıyev qeyd etdi ki, Azərbaycan ərazisindəki xristian-alban abidələri bizimdir və onların ermənilərə heç bir aidyyəti yoxdur.

Q.Hacıyev qeyd etdi ki, Azərbaycan dövlətinin o abidələri bir-bir bərpa etməli və xalqımıza qaytarmalıdır. “Bu abidələr, kilsələr, ziyarət yerləri bərpa edildikdən sonra onlar yerli və xarici qonaqların istifadəsinə verilməlidir ki, onlar gedib ziyarət etsinlər, zəngin və qədim tariximizlə tanış olsunlar.

Mənim özüm o abidələri görmüşəm. Şəmkirdə belə abidələr var. Arxeologiya İnstitunun əməkdaşları məni də dəvət ediblər birgə gedib o abidələrə baxmışıq. Memar, arxeoloq və tarixçilər olub orada. Şəmkirdə çox yaxşı saxlanılmış alban-xristian abidəsi var. Amma təəssüf ki, o alban-xristian abidəsinin çöl divarında gözlə açıq şəkildə görünən yerdən orta hissədən daş löhvə çıxarılıb (hər şey öz yerində qalıb, dağıdılmayıb) xaç üzərində “əməliyyat aparılıb”, yaxud dəyişdirilib yeni bir daş kimi ora əlavə olunub. Bu onun divarında açıq aşkar görünür, bu divarın suvanmasından da, daşın rəngindən də görsənir. Bunu vaxtilə ermənilər ediblər. Çünki onlar yaşadıqları ərazilərdə-Qarabağda, Şəmkirdə, Gəncədə bu cür saxtakarlıq, bu cür “əməliyyat” apardığını bilirik. Yəni ermənilərin məqsədi aydın idi.

Biz o abidələri olduğu kimi bərpa etməliyik.

Sovet dövründə “Şaumyan” kənd rayonu deyilən bir rayon vardı, indi ora Goranboy rayonuna tabedir, 19 kəndi var idi. Burada alban-xristian abidəsi var, özü də meşənin içərisində. O abidə də hazırda baxımsız vəziyyətdədir. O abidənin onlarla heç bir əlaqəsi yoxdur. Ermənilər buradan köçəndən sonra da hələ də timsah göz yaşları tökürlər ki, guya buralar ermənilərin “qədim torpağıdır”, guya “irsləri” var. Amma bu abidə də, digəriləri də alban-xristian irsidir və o abidəni də bərpa etmək mümkündür. Yəni onun divarları qalır, yaxşı bir yerdə yerləşir. Onu abidə kimi bərpa edib saxlamaq olar. Beləliklə, ölkə ərazisində olan bu kimi abidələrin bərpa ediləcəyi uzaqda deyil və onlar xalqımızın irsidir”-deyə professor Hacıyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ