Dubaydan Təl-Əvivə uçan Səudiyyə Ərəbistanında təcili eniş edən "Flydubai" təyyarəsinin pilotu bıçaqlanıb. Bu, İsrail televiziya kanalı i24News-un şahidlərə istinadən məlumat yayıb.
Televiziya kanalının əlaqə saxladığı İsrail sərnişinlərindən birinin sözlərinə görə, pilot kabinəsindən təxmini çatma vaxtından bir-iki saat əvvəl qışqırıqlar eşidilib. Bir neçə sərnişin qapını açmağı bacarıb və "çoxlu qan" görüblər: pilotlardan biri bıçaqlanıb.
Təyyarə daha sonra bir neçə dəqiqə ərzində idarəetməni tamamilə itirib və yerə düşməyə başlayıb. Şahidin sözlərinə görə, İsrail sərnişinləri onu fəlakətdən xilas etməyə kömək ediblər. Onların arasında yaralı pilota ilk tibbi yardım göstərən tibb bacısı və həkim, eləcə də təyyarəni idarə etməyi ələ keçirib yerə endirməyi bacaran peşəkar pilotlar da olub. O iddia edir ki, pilota hücum edən şəxs də sərnişinlərin səyləri ilə zərərsizləşdirilib.
Daha əvvəl İsrail televiziyasının 14-cü kanalı iddia etmişdi ki, hadisə pilotlardan birinin təyyarə qəzasına səbəb olmağa cəhd etməsi nəticəsində baş verə bilər, lakin başqa bir pilot ona zor tətbiq edərək bunun qarşısını alıb. Nəticədə, təxminən 180 sərnişin daşıyan təyyarə Səudiyyə Ərəbistanındakı Təbuk hava limanına təcili eniş edib.
Tahir TAĞIYEV