ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrin qlobal dizel yanacağı bazarında qiymətləri artırdığını deyib.
Tramp bildirib ki, dizel yanacağı problemləri Yaxın Şərqdən daha çox Rusiyada baş verənlərlə bağlıdır. Onlar oradakı neft emalı zavodlarını həyəcanverici sürətlə sıradan çıxarırlar: "Oradakı neft emalı zavodları həyəcan verici sürətlə bağlanır".
Onun sözlərinə görə, "əgər bu amil olmasaydı, dizel yanacağının yüksək qiymətləri problemi ilə qarşılaşmazdıq".
TAHİR