“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı nümayiş olunur.
Qumbaraatan sərgidə yerli müdafiə sənayesinin istehsal etdiyi silah nümunələrindən biri kimi təqdim edilir.
Xatırladaq ki, sentyabrın 30-da Bakı Ekspo Mərkəzində “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və paralel olaraq keçirilən “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb. Bu sərgilərdə bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir.