Kürdəmirdə toy məclisindən sonra qonaqlar xəstəxanaya müraciət edib.
Məlumata görə, bu gün Kürdəmir rayonunda keçirilən toy məclisindən sonra halı pisləşən bir neçə qonaq gecə saatlarından etibarən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Azı 30 nəfərin xəstəxanaya müraciət etdiyi bildirilir. Zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.
Hadisənin qida zəhərlənməsi ilə əlaqəli olub-olmadığı araşdırılır.
ZÜMRÜD