çərşənbə günü, 14 oktyabr 2026
     

İran-İsrail savaşı yenidən alovlanır…

Image


İsrailə uçan “FlyDubai” təyyarəsində baş verən məlum insidentdən sonra Təl-Əviv və Tehranın yenidən münasibətlərini döyüş meydanında aydınlaşdırmağa başlayacaqları barədə yeni məlumatlar yayılır. İsrail və İran bir-birini yeni hücumlar hazırlamaqda ittiham edir.
Rəsmi səviyyədə səslənən ittihamlar fonunda o da xüsusi qabardılır ki, cavab zərbələri əvvəlkilərdən daha sərt, daha dağıdıcı olacaq. İranla danışıqları rədd edən ABŞ də regionda hərbi qüvvələrini artırır. Region ölkələri də mümkün savaşa hazırlıq görürlər. Əgər qarşıdurma növbəti mərhələyə keçərsə, savaşda iştirakçı dövlətlərlə yanaşı, Livan, Yəmən, İraq, Suriya və Körfəz ölkələri ətrafında yeni cəbhələrin açılması riski də müzakirə mövzusudur.

İran mediası İsrailin MOSSAD qurumu tərəfindən bölgədəki aviasiya hədəflərinə hücum etmək üçün hazırlıq planları barədə məlumat yayıb. Bu məlumatlar Dubaydan İsraildəki “Ben Qurion” hava limanına uçan “FlyDubai” təyyarəsində baş verən hadisədən qısa müddət sonra verilib. Tehran iddia edir ki, MOSSAD tərəfindən hazırlanan belə bir əməliyyatın məqsədi hadisəyə görə məsuliyyəti İranın üzərinə qoymağa və ölkəyə beynəlxalq təzyiqi artırmağa hesablanıb. İranın “Fars” xəbər agentliyi təhlükəsizlik mənbələrinə istinadən iddia edir ki, sözügedən ssenari təyyarələrə və ya hava limanlarına hücumları, həmçinin çox sayda itkini əhatə edir. Nəticədə İsrail beynəlxlaq dəstək qazanaraq, İran üzərinə yenidən hücumlara başlamaq imkanı əldə edəcək. “Fars” agentliyi həmçinin bildirir ki, İran kəşfiyyat xidmətləri artıq iddia edilən əməliyyatın qarşısını almaq üçün çalışır. İran İslam İnqilabı Keşikçiləri Korpusu da İsrailin tezliklə İslam Respublikasına hücum etməyi planlaşdırdığını və buna cavabın sərt olacağını bildirib. İran Ordusunun hərbi sözçüsü Məhəmməd Əkrəmi Niya qeyd edir: “İsrail seçkilərdən əvvəl bizə hücum etmək istəyir, çünki Netanyahu seçkiləri uduzacağı təqdirdə həbsxanaya düşəcəyini bilir. Ölkəyə hücum hazırlıqları təsdiqlənərsə, İsrailə qabaqlayıcı zərbə endirməyə hazırıq. Düşmənlərin açıq məqsədi İslam Respublikasını zəiflətmək və devirməkdir, digər strateji məqsəd isə bölgədə “Böyük İsrail” planlarını irəli sürməkdir. İran xalqı müqaviməti ilə düşmənin məqsədlərinə çatmasının qarşısını uğurla alır”. Israillə yanaşı, İran ABŞ-nin də savaşa aktiv hazırlıq gördüyünü bildirir. Qeyd edilir ki, ABŞ bölgədəki əlverişsiz vəziyyətə görə yenidən İrana hücum edə bilər. İran Milli Neft Şirkətinin baş direktoru Həmid Bord bildirib ki, ölkəsi düşmənin ölkənin neft obyektlərinə hücum planları barədə kəşfiyyat məlumatı alıb. O, mümkün tədbirlərə birbaşa zərbələr, sanksiyalar və ya dəniz blokadasının daxil ola biləcəyini qeyd edib. Öz növbəsində ABŞ və İsrail İran daxilində baş qaldırmaqda olan etirazlardan diqqəti yayındırmaq üçün yenidən Tehranın güc variantına əl atmaq niyyətində olduğunu iddia edir. İsrailin baş naziri Benyamin Netanyahu qeyd edir: “İsrail düşmənlərinin yaxın gələcəkdə ölkəmizə hücum edə biləcəyinə dair məlumata sahibdir. Düşmənlərimizin bir neçə gündən sonra ölkəmizdə keçiriləcək parlament seçkilərdən əvvəl bizə hücum etməyə çalışacağına dair əlamətlər var. Onlara bir mesaj çatdırmaq istəyirəm: bizimlə oyun oynamayın. Uzun qolumuz sizə hər yerdə və istənilən vaxt çatacaq. İsrail əhəmiyyətli uğurlar qazanıb, lakin eyni zamanda geri çəkilmək və ordunun hərəkətləri ilə əldə edilən nailiyyətlərdən imtina etmək üçün ciddi təzyiqlərlə üzləşir. Hadisələrin bu istiqamətdə inkişafına yol vermək niyyətində deyilik”.
ABŞ kəşfiyyatı da bildirib ki, Vaşinqton Benyamin Netanyahunun seçkilərdən əvvəl İsrailə qarşı hücumun planlaşdırıla biləcəyi ilə bağlı qiymətləndirməsini bölüşür. Kəşfiyyatın açıqlamasına əsasən, potensial təhlükə həm birbaşa İrandan, həm də Yaxın Şərqdə Tehranla əlaqəli silahlı qruplardan gəlir. Elə bu kontekstdə İsrailin “İsrail Hayom” nəşri yazır ki, Amerikanın yardımı ilə İsrail ordusu münaqişə üçün üç mümkün ssenarini nəzərdən keçirir. Nəşrə danışan yüksək rütbəli zabitin sözlərinə görə, bunlara İranın raket hücumuna genişmiqyaslı cavab, ABŞ tərəfindən dəstəklənən “Aslan nəriltisi 2” kod adlı yeni əməliyyat və İsrail Müdafiə Qüvvələri tərəfindən İranda “Aslan kimi xalq” əməliyyatına bənzər müstəqil hərbu kampaniyanın aparılması daxildir. Bundan əvvəl də İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı olan “Hatəm əl-Ənbiya” ABŞ-ın İslam Respublikasına qarşı genişmiqyaslı hücum hazırlıqları ilə bağlı kəşfiyyat məlumatı aldığını bildirmişdi. Qərargah xəbərdarlıq edib ki, yeni hücum olarsa, cavab tədbirləri uzunmüddətli və məhdudiyyətsiz olacaq və Yaxın Şərqdəki Amerika hərbi bazalarına və ABŞ-yə bağlı digər obyektlərə təsir edəcək. Tehran rəsmiləri iddia edirlər ki, ABŞ Avropada keçirilən birgə görüş zamanı bir neçə regional ölkədən yeni hücum həyata keçirmək üçün razılıq alıb. İran region ölkələrinə xəbərdarlıq edib ki, Tehrana qarşı potensial Amerika təcavüzünü dəstəkləsələr, hücumda əlbir hesab edilə bilərlər. Maraqlıdır ki, bu fonda ABŞ Prezidenti Donald Tramp İranda yaxın günlərdə baş verəcək dəyişikliklərdən danışıb: “Tezliklə bir çox şeyin baş verəcəyini görəcəksiniz. Hər şey bu və ya digər şəkildə bitəcək. ABŞ yaxın vaxtlarda İrana zərbələri bərpa edib-etməmək və ya Tehranla razılaşma əldə etmək barədə qərar verəcək. Bəlkə də onları partladacağıq. Bu barədə qərar verməliyik. Ya onları partladacağıq, ya da razılaşma əldə edəcəyik. Lakin vaxt azalır”.
Bu arada, İran mümkün yeni hücumlara qarşı ölkə ərazisində yeraltı infrastrukturun tikintisini və gücləndirilməsini sürətləndirib.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ