çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

Image


Rusiyanın bütün cəhdlərinə baxmayaraq, Ermənistan Avropayönlü siyasətindən əl çəkmir. Elə bu kontekstdə Moskva İrəvana qarşı iqtisadi arsenalında ən ağırçəkili “silahlarından” birini işə salmağa hazırlaşır. Söhbət Ermənistanı, belə demək olarsa, enerji məngənəsində “boğmaq”dan gedir. Rusiyadan benzin və dizel yanacağının ixracında kəskin azalmalar artıq Ermənistanda bu yanacaq növlərinin qiymətində kəskin artıma səbəb olub. Hətta bu gedişlə, Ermənistanın benzin və dizel yanacağı ilə təminat məsələsində kəsirlə üzləşməsi gözlənilir. Buna paralel olaraq, Moskva İrəvanı təbii qaz sınağına çəkməyə hazırlaşır. Kreml təbii qazla problem yaşamaması üçün Ermənistan qarşısında 4 şərt qoyub. Amma Ermənistan bu şərtləri yerinə yetirmək niyyətində olmadığından, iki ölkə arasında təbii qazla bağlı ziddiyyət və qarşıdurma qaçılmaz hesab olunur.

Ermənistanın “Hraparak” qəzeti bu günlərdə Rusiyadakı mənbələrinə istinadən belə bir məlumat yayıb ki, Moskva noyabrın 1-dən etibarən Ermənistana qaz tədarükünü tamamilə dayandırmağı düşünür. Mənbələr iddia edir ki, Rusiyadan Ermənistana qaz nəql edən boru xəttində qeyd olunan tarixdə böyük bir “qəza” və ya digər fors-major hadisəsi baş verə bilər və bundan sonra tədarük bərpa olunmayacaq. Qəzetin məlumatına görə, Moskva Ermənistanın baş naziri Nikol Paşinyana dörd tələb irəli sürüb. Birinci tələb Gümrüdəki Rusiya hərbi bazası ilə bağlıdır və şərt budur ki, İrəvan həmin bazanın çıxarılmasını müzakirə etməkdən imtina etməlidir. İkinci tələb isə, “Cənubi Qafqaz Dəmir Yolu” və “Qazprom” da daxil olmaqla, Rusiyaya məxsus şirkətlərlə bağlıdır: mənbələrə görə, Ermənistan hakimiyyəti onlara qarşı iddialarını geri götürməlidir. Üçüncü tələb odur ki, İrəvandan ya Ermənistanın Avropa İttifaqına daxil olma prosesini başladan qanunu ləğv etmək, ya da bu məsələ ilə bağlı referendum üçün tarix təyin etmək istənilib. “Hraparak”ın yazdığına görə, dördüncü tələb Rusiyapərəst siyasətçilərin cinayət təqibinin dayandırılması ilə bağlıdır. Amma Ermənistan, 102-ci baza istisna olmaqla, digər şərtləri rədd edir. Bu da o deməkdir ki, iki ölkə arasında qaz savaşı qaçılmazdır. İrəvan bundan narahat olmadığını, idxalın şaxələndirilməsi istiqamətində fəal iş apardığını nümayiş etdirməyə çalışır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Sımonyan qeyd edir: “Ermənistan artıq tək bir boru kəmərindən asılı olmaq niyyətində deyil və şaxələndirmə prosesini davam etdirəcək. Bizim dörd qonşu ölkəmiz var. Əgər beşinci ölkə bizə tranzit yolu ilə qaz tədarük etməyi təklif edərsə, biz bu təklifi nəzərdən keçirəcəyik. Biz Rusiya ilə qazın qiymətinin artırılması ilə bağlı danışıqlar aparmaq istəmirik. İnsanlar qazın qiyməti haqqında danışanda, nədənsə, hamı bunu dollarla təsəvvür edir. Lakin buraya siyasi qiymət də daxildir”. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, enerji qiymətlərinin artması Ermənistanın ümumi daxili məhslunun ən azı 14%-nin itirilməsinə səbəb ola bilər. Ermənistanın təsdiqlənmiş təbii qaz ehtiyatı yoxdur. Bu o deməkdir ki, ölkə 100% qaz idxalçısıdır və tamamilə xarici təchizatdan asılıdır. Təbii qaz Ermənistanın enerji balansının 57,5%-ni təşkil edir. Ölkə ildə orta hesabla 2,6-2,7 milyard kubmetr qaz istehlak edir. Ermənistan qazı regional qonşularından - Rusiya və İrandan alır. Ölkənin ümumi qaz idxalının təxminən 84%-i Rusiyanın, 16%-i isə İranın payına düşür. Ermənistanda təbii qazın idxalı, daşınması və paylanması tamamilə Rusiyanın “Qazprom” şirkətinə məxsus olan “Qazprom Armenia” şirkəti tərəfindən həyata keçirilir. “Qazprom Armenia” ölkənin qaz infrastrukturunu idarə edir və son istehlakçılara qaz satır. İrandan gələn qaz kəməri də onun nəzarətindədir. Bu kəmər İranın Təbriz şəhərini Ermənistanın Mehri şəhəri ilə birləşdirir və illik ötürmə gücü 1,1 milyard kubmetrdir. Rusiya bu kəmərlə də qaz idxalında problem yaratmaq iqtidarındadır və digər mənbələrdən idxalın Ermənistan üçün baha və problemli olacağını bildirir. Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov qeyd edir: “Ermənistan bu gün Rusiya qazını güzəştli şərtlərlə alır, halbuki digər ölkələrdən yanacaq idxalı İrəvana xeyli baha başa gələcək. Sadalanan variantların hər birində qaz Rusiyadan güzəştli şərtlərlə alınan qazdan xeyli baha olacaq. Bununla yanaşı, onun mənbələrinin şaxələndirilməsi əlavə xərclərə və problemlərə səbəb olacaq. Azərbaycandan Ermənistana qaz tədarükünün təşkili isə yeni qaz kəmərinin tikintisini tələb edəcək”.

Ermənistan təbii qazla təminat baxımından alternativlər axtarsa da, bu sahədə də Rusiyadan olan asılılığa tezliklə son qoya bilməyəcək. Amma İrəvan Rusiyanın şərtlərinə də əməl etmək niyyətində deyil. Bu isə Moskvanın, xüsusən qış aylarında Ermənistanı qazsız qoymaq ehtimalını artırır. Ermənistanlı politoloq Alen Gevondyan bildirir: “Ermənistan Rusiya ilə artıq hibrid müharibə vəziyyətindədir. İqtisadiyyatımızı, enerji təminatımızı daha da şaxələndirmək üçün çalışırıq. Bu mümkün olduqda, ümid edirəm ki, Ermənistan hökuməti bu Rusiya zəncirlərini qırmaq üçün özündə cəsarət tapacaq. Və bunlar əsl zəncirlərdir. Geosiyasi amillər də çox vacibdir. Rusiyanın Ermənistana qarşı hibrid müharibədə təsirini artırmaq üçün hansı əlavə təsir vasitələri və resursları olacağını da bu fonda nəzərə almalıyıq”. Rusiyanın müəyyən dairlərində belə fikir də hakimdir ki, Ermənistanın təbii qazla təminatında yaranacaq problemlər bu ölkədə sosial gərginliyə səbəb olacaq. Nəticədə Nikol Paşinyan hakimiyyətinə cəmiiyət tərəfindən təzyiq artacaq. Bu da sonda Paşinyan iqtidarının Rusiyanın orbitinə qayıtmasını şərtləndirəcək. Lakin rəsmi İrəvan tamam fərqli mövqe sərgiləyir və Azərbaycan da daxil olmaqla, alternativ mənbələrdən enerji idxalına xüsusi diqqət yetirir. Bununla belə, erməni politoloq Giorgi Tumasyan bildirir ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün qışda ölkəyə qaz tədarükünü dayandıra bilər: “Müxalifət vətəndaşların küçələrə çıxıb planlarını həyata keçirə bilmələri üçün pis yaşamalarını istəyir. Qışda qazı kəsmək də daxil olmaqla, hakimiyyət dəyişikliyinə nail olmaq üçün əllərindən gələni edən qüvvələr var”. Tumasyan Ermənistanın növbəti baş naziri olacağını iddia edən rusiyalı oliqarx Samvel Karapetyana da diqqət çəkib: “Karapetyanın illərlə Rusiyada şantajla - reketçiliklə məşğul olduğu və erməni iş adamlarını təhdid etdiyi barədə məlumatlar var. Qoy növbəti baş nazir olmaq arzusunda qalmağa davam etsin. Samvel Karapetyan Serj Sarkisyan və Robert Köçəryanın davamıdır”.

Daha əvvəl Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan bildirib ki, Rusiyanın qaz ixrac qiymətlərini artırması nə A, nə də B ssenarisinə uyğun gəlir. O bildirib ki, burada daha çox "apokaliptik bir şey" nəzərdə tutan X ssenarisinin olma ehtimalı var və buna cavab daha güclü olmalıdır.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ