çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

Image


Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinə təqdim etdiyi alternativ hesabatda qaldırılan bir sıra mühüm məsələlər Komitənin Ermənistanla bağlı yekun müşahidə və tövsiyələrində yer alıb.

APA xəbər verir ki, bunu BAMF prezidenti Umud Mirzəyev BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin Ermənistanın təqdim etdiyi əlavə məlumatlara dair qəbul etdiyi yekun sənədi şərh edərkən bildirib.

Umud Mirzəyev qeyd edib ki, Komitənin 24 sentyabr 2026-cı il tarixli yekun sənədinin BAMF-ın təqdim etdiyi alternativ hesabat və Cenevrədə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin qaldırdığı məsələlərlə müqayisəsi mühüm nəticələri üzə çıxarır:

"Bizim üçün əsas məsələ yalnız alternativ hesabatın BMT platformasında dərc olunması deyildi. Məqsədimiz onilliklərdir taleyi naməlum qalan azərbaycanlıların, xüsusilə uşaqların taleyini beynəlxalq hüquq müstəvisində yenidən gündəmə gətirmək və Ermənistan qarşısında konkret suallar qoyulmasına nail olmaq idi. Bu baxımdan Komitənin yekun sənədində yer alan müddəalar olduqca əhəmiyyətlidir".

BAMF prezidenti bildirib ki, Fondun alternativ hesabatında əsas diqqət Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş, sonradan taleyi naməlum qalmış Azərbaycan vətəndaşlarına, xüsusilə itkin kimi qeydiyyatda olan 71 uşağa yönəldilmişdi. Hesabatda həmin şəxslərin taleyinin müəyyənləşdirilməsi, mümkün məcburi yoxaçıxma hallarının araşdırılması, kütləvi məzarlıqlar haqqında məlumatların açıqlanması, insan qalıqlarının identifikasiyası və Ermənistanın Azərbaycanla əməkdaşlıq etməsi məsələləri qaldırılmışdı.

BAMF-ın hesabatı və ona əlavə BMT-nin rəsmi məlumat bazasında müvafiq olaraq INT/CED/NGO/ARM/69875 və INT/CED/NGO/ARM/69876 nömrələri ilə qeydiyyata alınıb.

Umud Mirzəyevin sözlərinə görə, Komitənin yekun sənədində bu məsələlərin bir sıra mühüm istiqamətlər üzrə əks olunması xüsusi əhəmiyyət daşıyır.

Komitə Qarabağ münaqişəsi kontekstində hərbçilər və mülki şəxslər, o cümlədən qadın və uşaqlarla bağlı məcburi yoxaçıxma iddialarının araşdırılması və cinayət təqibində irəliləyişin olmamasından narahatlığını ifadə edir. Ermənistana bütün belə iddiaların hadisənin zamanından, yerindən və şəraitindən asılı olmayaraq, hətta formal şikayət olmadığı hallarda belə hərtərəfli, effektiv və qərəzsiz araşdırılması tövsiyə olunur. Sənəddə ehtimal olunan təqsirkarların milliyyətindən asılı olmayaraq məsuliyyətə cəlb edilməsi, itkin şəxsin taleyi müəyyən edilənədək axtarış və araşdırmaların davam etdirilməsi, ailələrin proses barədə müntəzəm məlumatlandırılması kimi məsələlər də öz əksini tapıb.

Umud Mirzəyev Komitənin kütləvi məzarlıqlarla bağlı mövqeyini xüsusilə mühüm hesab etdiyini bildirib: "Diqqətçəkən məqamlardan biri odur ki, yekun sənəddə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatlarına istinad olunur və işğaldan azad edilmiş ərazilərdə 32 kütləvi məzarlığın aşkarlandığı qeyd edilir. Komitə eyni zamanda insan qalıqlarının tapılması və identifikasiyası prosesinin sürətləndirilməsini, yeni dəfn yerlərinin müəyyənləşdirilməsini və mövcud məzarlıqların araşdırılmasını tövsiyə edir. Həmçinin dövlət sirrinin qorunması arqumentinin itkinlərin axtarışına və insan qalıqlarının müəyyənləşdirilməsinə mane olmamalı olduğu bildirilir".

BAMF prezidenti vurğulayıb ki, yekun sənədin mühüm istiqamətlərindən biri də Azərbaycan və Ermənistan arasında birbaşa əməkdaşlıqla bağlıdır. Komitə iki ölkə arasında məlumat və sübut mübadiləsinin gücləndirilməsini, müvafiq dövlət komissiyaları, prokurorluqlar və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişləndirilməsini tövsiyə edir. Bundan əlavə, mövcud məzarlıqların yerinin müəyyənləşdirilməsi məqsədilə anonim məlumatvermə mexanizminin yaradılması, insan qalıqlarının axtarılması, çıxarılması və identifikasiyası sahəsində əməkdaşlığın gücləndirilməsi, Azərbaycan və Ermənistanın müstəqil məhkəmə-tibb ekspertləri, arxeoloqları və digər mütəxəssislərinin iştirakı ilə birgə texniki mexanizmin yaradılması imkanının nəzərdən keçirilməsi tövsiyələr sırasında yer alır. Umud Mirzəyev bildirib ki, əldə olunan nəticənin arxasında ciddi və uzunmüddətli hazırlıq işi dayanır:

"Alternativ hesabat hazırlanarkən Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə çox səmərəli əməkdaşlıq etdik. Hesabatın faktoloji bazasının dəqiqliyi, itkin şəxslərlə, uşaqlarla, kütləvi məzarlıqlarla və aparılan identifikasiya işləri ilə bağlı məlumatların sistemləşdirilməsində bu əməkdaşlığın böyük əhəmiyyəti oldu. Hesab edirəm ki, Cenevrədə apardığımız işin nəticəli olmasının əsas səbəblərindən biri də dövlət qurumu ilə vətəndaş cəmiyyəti arasında qurulan bu düzgün əməkdaşlıq modeli idi".

BAMF prezidenti eyni zamanda nəticələrin yalnız bir təşkilatın fəaliyyəti kimi təqdim edilməsinin doğru olmayacağını vurğulayıb. O bildirib ki, BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin 31-ci sessiyası çərçivəsində digər Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları və nümayəndələri də prosesdə fəal iştirak edib, alternativ məlumatlar təqdim edib və birgə mövqenin Komitə üzvlərinə çatdırılmasına mühüm töhfə veriblər.

"Cenevrədə gördüyümüz iş həqiqi komanda işinin nəticəsi idi. Burada uzun illər insan hüquqlarının müdafiəsi və vətəndaş cəmiyyəti sahəsində fəaliyyət göstərən həmkarımız Sahib Məmmədovun əməyini xüsusilə qeyd etmək istəyirəm. Onun uzun illərin təcrübəsinə əsaslanan peşəkar yanaşması, sənədlərin hazırlanması və Cenevrədə Komitə üzvləri ilə iş zamanı fəal iştirakı ümumi fəaliyyətimizə mühüm töhfə verdi. Eyni zamanda digər həmkarlarımızın hazırladığı materiallar, birgə bəyanatımız, Komitə üzvləri ilə keçirilən görüşlər və Ermənistan nümayəndə heyətinə ünvanlanan məsələlər bir-birini tamamladı. Bu nəticədə hər bir həmkarımızın əməyi var. Əsas nailiyyət odur ki, Azərbaycan vətəndaş cəmiyyətinin uzun illər qaldırdığı humanitar problemlər BMT müstəvisində konkret suallar və tövsiyələr şəklində ifadə olundu".

Umud Mirzəyev uşaqlar məsələsinin ayrıca əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, BAMF-ın alternativ hesabatının ən ağrılı hissəsi itkin düşərkən yaşı 18-dən aşağı olan 71 azərbaycanlı uşağın taleyi ilə bağlıdır. Komitənin yekun sənədində 71 uşağın sayı ayrıca göstərilməsə də, Qarabağ münaqişəsi kontekstində uşaqlarla bağlı məcburi yoxaçıxma iddiaları qeyd edilir və məcburi yoxaçıxmalardan zərər çəkmiş uşaqlar xüsusi həssas qrup kimi nəzərdən keçirilir. "Biz bu məsələni yalnız keçmiş müharibənin statistikası kimi görmürük. Hər bir itkin insanın arxasında onilliklərdir cavab gözləyən ailə dayanır. Xüsusilə uşaqların taleyinin müəyyənləşdirilməsi humanitar və mənəvi məsuliyyətdir. Azərbaycan və Ermənistan sülh istiqamətində irəliləyirsə, müharibənin açıq qalmış humanitar yaralarının sağaldılması da bu prosesin ayrılmaz hissəsi olmalıdır", – deyə BAMF prezidenti bildirib.

Umud Mirzəyev əlavə edib ki, Komitənin yekun sənədi qarşıdakı dövr üçün də mühüm fəaliyyət istiqamətləri müəyyən edir. Ermənistan tövsiyələrin icrası barədə yenilənmiş məlumatı Komitəyə təqdim etməli, vətəndaş cəmiyyəti isə bu prosesin izlənilməsində iştirakını davam etdirməlidir.

"Bizim üçün Cenevrə prosesi yekunlaşmayıb. Əsas məsələ tövsiyələrin kağız üzərində qalması deyil, onların icrasıdır. BAMF digər vətəndaş cəmiyyəti təşkilatları və tərəfdaşları ilə birlikdə itkin düşmüş azərbaycanlıların, xüsusilə uşaqların taleyinin müəyyənləşdirilməsi məsələsini bundan sonra da beynəlxalq platformalarda ardıcıl şəkildə gündəmdə saxlayacaq", – deyə Umud Mirzəyev bildirib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ