Böyük Britaniyanın Baş naziri Endi Börnhem Fransa və İspaniyanın dəstək bəyanatlarından sonra ikinci “Brexit” referendumunun və AB-yə yenidən qoşulma variantının gələcək seçki manifestinə daxil edilə biləcəyini bildirib.
Bernhem bildirib ki, onun arzusu Britaniyanı yenidən Aİ-də görmək olub. Baş nazir “Brexit”in ölkəyə on illik itki və bölünmə gətirdiyini vurğulayıb və Brüssellə gələcək münasibətlərdə bütün variantların müsbət və mənfi cəhətlərini ölçüb-biçəcəyinə söz verib.
Fransa prezidenti Emmanuel Makron və İspaniyanın Baş naziri Pedro Sançez isə Böyük Britaniyanın Aİ-yə qayıtmasını alqışlayacaqlarını bildiriblər. Makron bu addımın son dərəcə müsbət bir qərar olacağını, Sançez isə qapıların açıq olduğunu bildirib. Lakin Makron üzvlük şərtləri ilə bağlı heç bir güzəştə və ya yarımçıq yanaşma olmayacağı barədə xəbərdarlıq edib. O, vurğulayıb ki, əgər Böyük Britaniya birliyə qayıdacaqsa, birliyin qaydalarına tam riayət etməli olacaq və azadlıqlar arasında seçim ola bilməz.
Ekspertlər isə qeyd edirlər ki, əgər Britaniya Aİ-yə yenidən qoşularsa, əvvəlki kimi güzəştli şərtlərə malik olmaya bilər. Bildirilir ki, ölkə Avrozonaya və Şengen vizasız səyahət zonasına qoşulmaq kimi tələblərlə üzləşə bilər və Marqaret Tetçerin keçmişdə danışıqlar apardığı büdcə kəsirini (geri ödəmə) ala bilməz.
Keçmiş nazir Maykl Qouv kimi şəxslər isə buna qarşı çıxaraq, “Brexit” prosesinin yenidən açılmasının ictimaiyyətin məyusluğuna səbəb olacağını və bunun hakimiyyətin Brüsselə geri təhvil verilməsi demək olacağını iddia edirlər.
Tahir TAĞIYEV