(“...qovuşsun Qazağa Dilican dərəsi/daha da birləşib olsunlar bir can...”)
Qərbi Azərbaycanın “külli-Qarabağ”ı-“Dilican vadisi” əsrarəngiz təbiəti, əlverişli coğrafi mövqeyi, tarixi keçmişi, etnosoykökündən rişələnən milli-mənəvi irsi, eləcə də, ağır, faciəvi sınaqları ilə seçilən ərazidir.
Pəmbək dağlıq silsiləsinin Taclar zirvəsindən (3101 m) başlayan Pəmbək və Ağstafaçay, Güneydağ qurşağından (Qayadağ, 2743 m) başlayan Gədik çaylarının hövzəsini tutan Gümrü-Dilican geoloji sınması/vadisi qərbdən şərqə 120 km məsafədə uzanır (sahəsi 2400 hektar və ya 240 kv.km) və Murğuz/Soyuqbulaq dağ qurşağının ətəklərinə qovuşur. Tarixi keçmişində e.ə. III minilliyin erkən Tunc dövrünə aid izləri yaşadan Dilican dərəsinin ətrafında sıldırımlı qayalıqlar, yamacları daimi qar-buz örtüyünə bürünmüş dağlar (Pəmbək, Hələb, Güneydağ...), yaylaqlar (Çömçə yaylağı, Hacı yaylağı, Qaraçala yaylağı, Bağmançala yaylağı...,), göllər (Göygöl, Qoşagöl...), qədim yaşayış məskənləri (Puçur Dili, Qoşakənd, Şamaxı, Carxaç...)....sıx meşəliklərin zümrüd örtüyü bölgəyə xüsusi füsunkarlıq verir, istirahət, mineral bulaqlar məkanı, turizm, balneoloji müalicə ocağı kimi qiymətləndirilməsinə səbəb olur...
Rusiya imperiyasının çarı II Aleksandrın (1818-1881) 09 dekabr 1867-ci il tarixli “Qafqaz və Zaqafqaziyanın yeni idarəçiliyi barədə” fərmanı ilə yaradılmış Qazax qəzasının (ümumi sahəsi 6855,9 kv.km) Qərbi Azərbaycan ərazisindəki torpaqlarının 44,5%-i 1920-1929-cu illər ərzində ilkin olaraq 9 min kv.km sahədə (İrəvan və Ü(İ)çmüəzzin qəzaları hüdudlarında) yaradılmış “Ermənistan SSR” adlı “respublika”nın sərhədlərinin genişləndirilməsi naminə mərhələli şəkildə (dekabr, 1920-ci il,1922-1924 və 16.02.1929-cu illər) Zaqafqaziya Diyar və ZSFSR-nın MİK Rəyasət Heyətlərinin qərarları ilə rus-hay cütlüyünün tarixi siyasi xəyanəti nəticəsində düşmən tapdağına verilmişdir. Sonuncu qərardan iki gün sonra- 18.02.1929-cu il tarixdə qəza vahidi ləğv edilmişdir.
Bu il 120 illiyi tamam olmuş xalq şairimiz Səməd Vurğun Yusif oğlu Vəkilovun (1906-1956) gənclik illərində bu yerlərdə olarkən yazdığı “Dilican dərəsi” şeri (1927) indiki zamanda tarixi-fəlsəfi, mistik-ruhani...məzmun kəsb etməklə xronoloji səlnamə dəyəri də qazanıb. Göyçə gölü boyunca Dilican diyarının əsrarəngiz təbiətinə səyahət etmiş Şairin təbi, ilhamı və doğma Vətənə sidqi-ürəklə bağlılığı yaxşı ki, bu əsərin yaranmasına səbəb olub. Belə ki, Rusiyanın paytaxt şəhərlərində Cənubi Qafqaz diyarına, xüsusilə Azərbaycan Respublikasına aid saxlanılan tarixi inzibati-ərazi və siyasi-hərbi topoqrafik xəritələrdən bəlkə də üstün milli-mənəvi məzmun kəsb edən bu əsər bir daha sübut edir ki, Qazax qəzasının Dilican vadisi (Qaraqoyunlu/Murğuz bölgəsi) mübahisəsiz, kökənli Türk-Müsəlman ocaqlarıdır, “Qərbi Azərbaycanın İsveçrəsi” kimi qiymətləndirilir və...
Yenə gördüm səni, Dil(i)can dərəsi,
Yadıma çox köhnə zamanlar gəlir...
Köçəri/Tərəkəmə mədəniyyətimizin ocaqlarından biri də Gəncəbasar bölgəsinin Qazax-Şəmsəddin mahalı, Şahdağ-Murğuz qurşağı, Pəmbək-Qaraqoyunlu dərəsi, Gümrü-Dilican vadisi... olub, zəngin mili-mənəvi, dini-sakral, maddi-mədəniyyət...irsinin izləri həm də Murğuz, Göyçə, Hələb....dağlarının alaçıqlı-dəyəli, allı-güllü yüksək dağ çəmənlərində, dumanlı-bulud çalmalı yaylaqlarında qalıb, tariximizin silinməmiş və oxunmamış səhifələrini özündə yaşadıb. O yerlərə gənc yaşlarında güzarı düşən söz sərrafı Səməd Vurğunun bu əsəri yazmağı heç də təsadüfi olmayıb...
Yüksəlir tar səsi hər eyvanından/Quşlar qanad salar keçsə yanından.
Daşlar boyanmışdır bir gün qanından/Xəyalına qara dövranlar gəlir.
Qərbi Azərbaycanın sərhədləri hüdudlarında kökənli Türk yurdu Qaraqoyunlu dərəsinin (Karvansaray, Şəmsəddin, Qaraqoyunlu, Çəmbərək nahiyələrinin dağlıq əraziləri, Murğuz və Soyuqbulaq silsilələri...) qərb hissəini tutan Dilican dağlıq qurşağı əsrlərlə/minilliklərlə Tərəkəmə/Köçəri mədəniyyətinin, el sənətkarlığının, milli musiqinin, xalq folkloru/sənətinin...xəzinəsi olduğundandır ki, “hər eyvandan tar səsi gəlir”, amma “qara dövranları”.... da qaçılmaz olub....
Bir də ki, yağı/qarı düşmən unutmasın ki, Dilican dağlarından bəd niyyətlə keçənlər “qanad salar”...Şairin gələcək nəsillərə mistik bir tapşırması kimi səslənir...
Murğuz və Soyuqbulaq dağlarının ruha sığal çəkən tərənnümü və əski düşmən xəyanətinin ağrısı isə Dədə Ələsgərin (1821-1926) sözünün (“Dağlar” qoşması”, “Şah dağı” müxəmməsi) və sazının gücündən qaynaqlanıb:
Sarı Nərdən top-tüfəngin atılır/Qısır Murğuz Şah dağına çatılır....
Haşiyə. Uca Haqqın yer səthində yaratdığı cənnət guşələrdən biri də Dilican vadisi (Gədikçay, Ağstafaçay hövzəsini tutan 1100-2800 m yüksəklikdəki dağlararası meşəli dərələr, göllər və yaylaqlar...) coğrafi məkan olaraq beynəlxalq ticarət yolu üsütndə yerləşdiyindən əsas dəhliz hesab edilir. Zəngəzur bölgəsi Qarabağın “qapısı” olduğu kimi “Dilican vadisi” və “Qaraqoyunlu dərəsi” Gəncəbasar bölgəsi üçün strateji siyasi-iqtisadi əhəmiyyət kəsb edir. İrəvan şəhərində 1977-ci ildə çap edilmiş “Ermənistan Sovet Ensklopediyası”nın 386-cı səhifəsində qeyd edilir ki, Dilican kəndi (60 “tüstü”/təsərrüfat olmaqla) 1826-cı ildə Qazax qəzasının 82 kəndindən biri olub....
Coğrafi-geoloji struktur vahidi kimi Gümrü-Dilican vadisinə Gədik çayı yatağı boyunca uzanan Qaraqoyunlu dərəsi (Göyçə gölünün şimal-şərq hissəsi, Çəmbərək nahiyəsindən keçənTərsa çayı boyunca) qovuşur, Murğuz, Şahdağ/Göyçə dağlarının dərin dərələrinə, suayrıcı yüksəkliklərinə birləşir, e.ə.II-I minilliyində, son Tunc və erkən Dəmir dövrlərinə aid yaşayış düşərgələri (Gölkənd, Çaykənd, Qaraqaya, Salahlı kəndləri, İcevan şəhəri) ilə tanınan, özündə Xalqımızın, Dövlətimizin, Vətənimizin tarixi səhifələrinə işıq salan neçə-neçə coğrafi məkanları yurd ocaqları olaraq qorumaqdadır. Qafqaz Albaniyasının maddi-mədəniyyət, dini-sakral irsinin abidələri Dilican və Qaraqoyunlu vadiləri boyunca paylanıb, “Kitabi-Dədə Qorqud” dastanının 8-12-ci boylarında (“Basatın Təpəgözü öldürdüyü boy”, “İç Oğuza Dış Oğuzun asi olub Beyrək öldüyü boy”) Dilican vadisi, Göyçə gölünün şimal, şimal-qərb və şimal-şərq ərazilərinin təsviri, hadisələrin olay məkanları və surətlərinin adları bu yerlərin təbiətindən doğmuşdur, orta əsrlərə məxsus inzibati-ərazi bölgüsünün və idarəedilməsinin mənsubluğu (Qaraqoyunlu hakimiyyəti, Çuxur-Seyid/Səəd bəylərbəyliyi), 1747-1804-cü illərdə Gəncə xanlığının yay iqamətgahlığı...məhz bu qədim Türk torpaqlarında yaranmışdır. Bu yerlərdə olmuş fransız səyyah və yazıçı Jan Şarden (1643-1713) tarixi, etnoqrafik məzmunlu səfər təəssüratlarında (“Səyahət gündəliyi...əsəri) qeyd edib ki, təbiətinin zənginliyinə və gözəlliyinə rəğmən yerli hakimlər, əyanlar...Dilican vadisini yay iqamətgahı, istiraət məkanı və ov düşərgələri kimi istifadə etmişlər.
Dilican vadisndə, Gədik çayının hər iki sahilində yerləşən Salahlı kənd məktəbinin müəllimi, etnoqraf və folklor toplayıcısı B.Venyaminov “Sahalı kəndi və tatar nağılları...” məqaləsində yazmışdır ki, 1883-cü ildə Salahlı kəndinin əhalisi 4800 nəfər olub, hamısı Türk-Müsəlman mənşəli...
Bölgənin tarixi-coğrafi inkişaf mərhələləri sırasında Türkmən-Oğuz Qaraqoyunlu sülalələrinin, Bayram Xoca Qara Mənsur bəy oğlu (1320-1380) nəslinin hakimiyyət illəri (XIV-XV əsrlər) fərqlənib, xüsusilə, “Həqiqi” təxəllüsü ilə ədəbi irs sahibi (“Divani-Cahan şah”) Müzəfərəddin Cahan şah Qara Yusif oğlunun dövründə (1397-1467), onun bədii yaradıcılıq nümunələrinin əlyazmaları da (“Divan”ın 2-ci nüsxəsi) yaratdığı “Mətin dərə” (haylar həyasızcasına fəxrlə “Matenadaran” fondu adlandırır) saxlancında indi də qorunmaqdadır. Onun “ən böyük xidməti” Osmanlı Türkiyəsi ərazisindən, Sis şəhərindən 25 may 1441-ci ildə hay kilsəsinin Üç kilsə kəndinə (indiki Ü(İ)çmüəzzin şəhəri) köçürülməsi, onların himayə edilməsi, sənədlərinin qorunub saxlanılması məqasədilə saxlanc yerinin inşası olub. Qeyd etmək lazımdır ki, həmin dövrdə hay kilsəsi Qaraqoyunlu xanədanı tərəfindən idarə edilirdi, baş keşişlərinin (Kirakos I Virapetsi, III Zəkəriyyə (Axtamartsi), X Cəlalbəyyants...) fəaliyyəti sultan Fərmanları ilə rəsmiləşdirilirdi. Həmin saxlanc yeri də saray əyanlarının təklifi ilə “Mət(i)n dərə” (“mətlərin qorunduğu, saxlanıldığı dərə (qaranlıq yer)” mənasında) adlandırılıb, 1920-ci ildə İrəvan şəhərinə köçürülüb və etimoloji mənası qalmaqla “Matenadaran” kimi hayların tarixi əlyazma fonduna çevrilib, yaradıcısının adı unudulub, saxta bir ad verilib bu binaya-M.Maştots adına qədim əlyazmalar muzeyi-instututu, 2015-ci ildə isə Gəncəsər Alban məbədində bu kompleksin filialı da açılmışdır
Dilican vadisi və Qazax qəzasının ən ağır çağlarından 1918-1920-ci llər rus-hay silahlı birləşmələrin siyasi-hərbi işğal siyasəti və ərazilərinin hissə-hissə (1920-ci illər-1930-cu illərdə) “Ermənistan SSR” adlanan qondarma quruma verilməsi, vadinin dini-sakral, mistik-fəlsəfi irsi, Köçəri/Tərəkəmə mədəniyyətinin qaynaqları, xalq mədəniyyətinin tarixi, etnoloji kök mənsubluğu, ünlü el xadimlərinin/sənətkarlarının, xalq qəhrəmanlarının zəngin, mənalı və dəyərli həyatları/yaradıcılıqları...bölgənin xronolji səhifələrindən sayılır, onlar haqqında növbəti yazılarda....
(Ardı var)
P.S. Görkəmli mifoloq-türkoloq, tənqidçi-dilçi alim, professor M.M.Seyidov (1918-1992) “Dilican” etnotoponimi haqqında mülahizəsinə görə, sözkökü qədim Türkdilli tayfalardan olan (552-ci ildə yaranmış Türk xaqanlığının tərkibində əsas etnobirliklərdən biri, Uyğur xalqının sələfləri) Tele etnosunun adını, “qan/can” şəkilçisi isə hörmət əlaməti olaraq “böyük”, “ata”, “başçı” mənasını ifadə edir. Söylənilən elmi-nəzəri qiymətin dəyərinə xələl gətitilmədən bir mülahizə də irəli sürmək olaraq, Türk dillərində “səmimiyyət”, “sidqi-ürəklə bağlılığı” bildirən “cani-dildən” kəlməsi də işlədilir (“şəfalı yer”, “can rahatlığı” mənasında bölgə ilə etimoloji bağlılığı, dialekt eyniliyi olar, deyirik), böyük S.Vurğun da “Dilican dərəsi” şerində yazıb:
Səndə var doğruluq, var səmimiyyət/O ibrət bağına loğmanlar gəlir.
P.S.S. İdbar hay sürüsü Taclar zirvəsini-“Tudjar”, Güneydağ qurşağını-“Arequni”, Ağstafaçay çayını-“Aqstev”, Gədik çayını-“Qetik”, Qoşadağ silsiləsini-“Kaşataq”, Güneydağ dağlarını-“Arequni”, “Şamaxı kəndini (hazırda Dilican şəhərinin şimal-qərb hissəsində yaşayış məhəlləsidir, yaxınlığında XI-XIII əsrə aid Alban məbədləri vardır)-“Şamaxən”, Qoşakənd kəndini-“Qoş”, Carkənd kəndini-“Aqarüin”, Gölkənd kəndini-“Ayqut”, Çaykənd kəndini-“Dprabak”, Qaraqaya kəndini-“Dzoravank”, Salahlı kəndini-“Aqavnavank”, Göygöl gölünü-“Parz”, Hələb dağını-“Bovakar”, Murğuz dağını-“Miapor”, Ü(İ)çmüəzzin şəhərini-“Eçmiazdin”....adlandırır.
Qismət Yunusoğlu, Bakı Dövlət Universitetinin müəllimi