Sülh sazişinin imzalanması və ratifikasiyası Ermənistan hökumətinin strateji prioritetlərindən biri olmalıdır... Hökumət son nəticəyə - sülh müqaviləsinin imzalanmasına və ratifikasiyasına qədər ictimaiyyətin sülhə inamını artırmalıdır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
O, sülhün artıq reallığa çevrildiyini, lakin hələ tam şəkildə institusionallaşmadığını deyib. Paşinyanın sözlərinə görə, hökumət xalqın gözləntilərini qarşılamalı və prosesin sona çatmasını təmin etməlidir.
"Biz ara mərhələyə çatmışıq. Və bu, son deyil, ara mərhələdir. Biz son mərhələyə keçməliyik", - deyə o əlavə edib.
Sülh sazişinin imzalanması və təsdiqlənməsi zərurəti kontekstində Nazirlər Kabinetinin rəhbəri həmçinin TRIPP layihəsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, Türkiyə ilə prosesndən də danışıb.
Paşinyan hökumət üzvlərini real problemlərə və praktik həllərə diqqət yetirərək bu prioritet ətrafında siyasi mesajlar və strategiyalar hazırlamağa başlamağa çağırıb.
O, əlavə edib ki, "gündəlik informasiya səs-küyü" hakimiyyət orqanlarını əsas vəzifələrinə çatmaqdan yayındırmamalıdır.
Tahir TAĞIYEV