çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

Image


ABŞ Ermənistanın kritik və nadir torpaq minerallarına dair əməkdaşlıq çərçivəsində razılaşmaları praktik mərhələyə keçirir. ABŞ Dövlət Departamentinin enerji təchizatı zəncirləri üzrə nümayəndəsi Pol Hyuper Ermənistana səfər edərək hökumət, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri ilə mədən sənayesinin imkanlarını və ehtiyaclarını müzakirə edib.

Mayın 26-da ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan kritik və nadir torpaq minerallarının tədarükü üzrə anlaşma memorandumu imzalayıblar. Sənəddə bu resursların sənaye və müdafiə sənayesi üçün əhəmiyyəti vurğulanıb. ABŞ tərəfi Ermənistana bu sahədə texniki yardımın mümkün istiqamətlərini də araşdırır. Ermənistanın ABŞ-la nadir və kritik minerallar sahəsində əməkdaşlığı Azərbaycanla sərhəd və ərazi məsələlərinə təsir göstərə bilərmi? Xüsusilə Kəlbəcər, Zəngilan və Qubadlı istiqamətlərində qızıl, mis və digər faydalı qazıntı yataqlarının mövcudluğu nəzərə alınarsa, Ermənistan gələcəkdə bu yataqlar və ya həmin ərazilərin statusu ilə bağlı yeni iddialar irəli sürə bilərmi? Ermənistanın ABŞ-la bu sahədə əməkdaşlığı Azərbaycanın nadir və kritik faydalı qazıntı ehtiyatlarına münasibətdə əlavə geosiyasi və iqtisadi risk yarada bilərmi?

Zeynal Əmrəliyev: “Azərbaycan ərazisi ilə bağlı hansısa yatağın işlənməsi barədə müqavilə yalnız Azərbaycan hökuməti ilə razılaşdırıla bilər”

Zeynal Əmrəliyev: Azərbaycan Türk dünyasının əsas dövlətidir- ÖZƏL

Politoloq Zeynal Əmrəliyev ABŞ-Ermənistan arasında faydalı qazıntılar və kritik minerallar sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Ermənistan öz beynəlxalq səviyyədə tanınmış ərazisində yerləşən faydalı qazıntı yataqları ilə bağlı ABŞ və digər dövlətlərlə əməkdaşlıq etmək hüququna malikdir. Lakin bu əməkdaşlığın Azərbaycanın suveren ərazilərinə aid hər hansı yataqlara şamil edilməsi hüquqi baxımdan mümkün deyil.

Ekspertin sözlərinə görə, ABŞ və Ermənistan arasında 2026-cı ilin mayında kritik minerallar və nadir torpaq elementlərinin hasilatı, emalı və təhlükəsiz təchizatı ilə bağlı çərçivə sənədi imzalanıb. Sənəddə geoloji məlumatların mübadiləsi, kəşfiyyat, hasilat, emal və mineral ehtiyatların təchizat zəncirlərinin inkişaf etdirilməsi nəzərdə tutulur. Sentyabrın sonunda isə tərəflər bu əməkdaşlığın praktiki mərhələyə keçirilməsi, geoloji məlumatların və mütəxəssis təcrübəsinin mübadiləsi, müasir xəritələndirmə və emal imkanlarının inkişafı məsələlərini müzakirə ediblər.

Zeynal Əmrəliyev hesab edir ki, bu proses Ermənistanın öz ərazisində yerləşən yataqlara aid edilməlidir: “Ermənistan yalnız öz ərazisindəki faydalı qazıntı yataqları ilə bağlı qərar verə bilər. ABŞ-la və ya başqa dövlətlərlə bu istiqamətdə saziş imzalanması Ermənistanın daxili hüquqi və iqtisadi məsələsidir. Amma söhbət Azərbaycanın ərazisindən gedirsə, burada vəziyyət tamamilə fərqlidir. Azərbaycan ərazisində yerləşən hər hansı yatağın kəşfiyyatı, hasilatı və ya istismarı ilə bağlı qərarı yalnız Azərbaycan dövləti verə bilər”.

Politoloq vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsas prinsiplərdən biri kimi təsbit olunub. 2025-ci ildə paraflanmış sülh sazişinin mətnində tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını tanıdıqlarını təsdiqləyiblər.

“Azərbaycan artıq öz suveren ərazilərində tam nəzarəti bərpa edib. Buna görə də vaxtilə Ermənistanın nəzarətində olmuş, lakin beynəlxalq hüquq baxımından Azərbaycanın ərazisi hesab edilən torpaqlardakı təbii sərvətlərə münasibətdə də hüquqi vəziyyət dəyişmir. Bu ərazilərdə hər hansı faydalı qazıntı yatağının işlənməsi ilə bağlı müqavilə imzalanacaqsa, bunun müzakirə ediləcəyi və razılaşdırılacağı tərəf Azərbaycan hökumətidir. İstər ABŞ olsun, istər başqa dövlət, istərsə də özəl şirkət – Azərbaycanın suveren ərazisində fəaliyyət göstərmək üçün Azərbaycan tərəfinin razılığı tələb olunur”, – deyə politoloq bildirib.

Ekspert qeyd edib ki, ABŞ-ın Ermənistanın dağ-mədən sektoruna marağı yeni məsələ deyil və hazırkı əməkdaşlıq Vaşinqtonun kritik minerallar üzrə daha geniş strategiyasının tərkib hissəsi kimi də qiymətləndirilə bilər. ABŞ Ermənistanla bağladığı 2026-cı il çərçivə sənədində kritik mineralların hasilatı və emalı ilə yanaşı, təchizat zəncirlərinin şaxələndirilməsini də prioritet istiqamət kimi müəyyənləşdirib.

“Ermənistanda dağ-mədən sənayesinin müəyyən tarixi bazası var. Sovet dövründən bu sahədə formalaşmış infrastruktur və mütəxəssis potensialı mövcuddur. Ona görə də ABŞ mütəxəssislərinin və şirkətlərinin Ermənistan ərazisindəki layihələrə cəlb olunması mümkündür. Burada söhbət Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisində yerləşən yataqlardan gedirsə, bunun hüquqi əsaslarına dair ayrıca mübahisə yaranmır”, – deyə Zeynal Əmrəliyev bildirib.

Onun sözlərinə görə, əsas məsələ Ermənistan ərazisindəki mineral resurslarla Azərbaycanın keçmiş işğal altında olmuş ərazilərindəki resursların bir-birindən hüquqi baxımdan dəqiq fərqləndirilməsidir. Ermənistanın ABŞ-la mineral əməkdaşlığı çərçivəsində geoloji məlumatların mübadiləsi və yeni yataqların araşdırılması aparıla bilər, lakin Azərbaycanın suveren ərazisində yerləşən ehtiyatlarla bağlı hər hansı layihə Azərbaycan dövlətinin razılığı olmadan həyata keçirilə bilməz.

Politoloq hesab edir ki, ABŞ-ın Ermənistanla kritik minerallar sahəsində əməkdaşlığının genişlənməsi regionun təbii ehtiyatlarına beynəlxalq marağın artdığını göstərir. Bu baxımdan Azərbaycan üçün əsas məsələ öz ərazisindəki mineral ehtiyatların geoloji baxımdan sistemli şəkildə araşdırılması, ehtiyatların iqtisadi dəyərinin müəyyənləşdirilməsi və onların istismarında beynəlxalq şirkətlərlə əməkdaşlıq imkanlarının milli maraqlar və qanunvericilik çərçivəsində qiymətləndirilməsidir.

ABŞ-ın Ermənistanla bağlı strateji əməkdaşlıq sənədində də Ermənistan ərazisində həyata keçiriləcək layihələrin Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında reallaşdırılması vurğulanır. Eyni prinsip 2025-ci il Vaşinqton birgə bəyanatında Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması kontekstində də qeyd olunub.

Bu baxımdan, ekspertin fikrincə, ABŞ-Ermənistan mineral əməkdaşlığının genişlənməsi Azərbaycanın ərazi və resurs hüquqlarına dair ayrıca mübahisə yaratmır. Əsas hüquqi prinsip ondan ibarətdir ki, Ermənistan öz ərazisindəki yataqlarla bağlı qərar verə bilər, Azərbaycan ərazisindəki təbii sərvətlərə dair isə hər hansı xarici dövlət və ya şirkətin fəaliyyəti yalnız Azərbaycan dövlətinin razılığı ilə mümkün ola bilər.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ