Bazar ertəsi günü, 16 noyabr 2026
     

Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

Image


Azərbaycan Respublikası dövlət müstəqiliyinin bərpasından sonra dissertasiyaların Azərbaycan dili ilə yanaşı, rus dilində yazılaraq müdafiə edilməsi bir sıra ciddi problemlər yaratmış, hazırtda da yaratmaqdadır.

1992 - 1993 - cü illərdə Azərbaycan Respublikasında yaşayan ruslar və başqa millətlərdən olan rus dilli əhali sürətlə azərbaycan dilini öyrənməyə başlamışdılar. Hətta müxtəlif dövlət idarələrində bu cür vətəndaşlar üçün pulsuz azərbaycan dili kursları da açılmışdır. Lakin sonradan çox təəssüf ki, dövlət əhmiyyətli bu cür vacib iş unuduldu.

1995 - ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunduqdan sonra dövlət dilinin fəal işlədilməsi sahəsində bir sıra işlər görüldü. Bu sahədə prezident H. Əliyevin bilavasitə gördüyü işlər sonradan öz nəticəsini vermişdi. Prezidentin Azərbaycan dilini bilməyən yüksək rütbəli məmurları dəfələrlə yüksək tribunalardan tənqid etməsi nəhayət onların rəsmi dövlət dilini öyrənmələrinə səbəb olmuşdur. Lakin çox təəssüf ki, hətta prezidentin də dəfələrlə tələb etməsinə baxmayraq dövlət dilinin işlədilməsi sahəsində hələ də problemlər qalmaqdadır.

Hazırda dissertasiya və avtoreferata dair tələblərə aid 3.11. maddədə qeyd olunur ki, dissertasiya işi Azərbaycan və ya rus dillərində təqdim edilə bilər. Disserasiyanın rus dilində təqdim olunması belə təsəvvür yarada bilər ki, bu tələb Rusiya Federasiyasının vətəndaşlarına və ya, Respublikada yaşayan rus milli azlığına və rus dilli digər milli azlıqlar üçün tədbiq olunub. Halbuki rus milli azlığına və rus dilli digər milli azlıqlar bütün Azərbaycan Respunlikasının vətəndaşları kimi dövlət müstəqiliyinin bərpasından keçən 35 ilə yaxın bir vaxtda dövlət dilini öyrənməyə borclu idilər. Məsələni araşdırdıqda aydın olur ki, bu tələb əsasən onlar üçün yox, rus dilli azərbaycanlılar üçün qoyulub.

Bu yaxınlarda M. F. Axundov adına Mərkəzi kitabxananın dissertasiya zalında elmi işlərlə tanış olarkən bir neçə günün müşahidəsi nəticəsində məlum oldu ki, zala daxil olan gənclər ancaq Azərbaycan dilində yazılmış dissertasiyaları sifariş edirlər. Kitabxananın işçilərindən bunun səbəbini soruşduqda bu problemin onları çoxdan düşündürdüyünü, lakin kimə müraciət etmək olduğunu bilmədiklərini dedilər. Onlar bildirdilər ki, rus dilində olan çoxlu sayda dissertsiyaları gənclərin əksəriyyəti oxuya bilmir. Təəccüblüsü isə budur ki, rus dilində yazılan dissertasiyaların mütləq əksəriyyətinin müəllifləri başqa millətlərin nümayəndələri deyil, məhz azərbaycanlılardır. Fikrimizcə Xoliqi Xosroqi Mohəmməd Hoseyn kimi bəzi xarici ölkə vətəndaşları dissertasiyalarını Azərbaycan dilində müdafiə etdikləri halda yerli azərbaycanlıların bu işi rus dilində həyata keçirmələrinə heç cür haqq qazandırmaq olmaz.

Faktlara müraciət edək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 06 aprel 2001 - ci il tarixdə 2 saylı aktla M. F. Axundov adına Mərkəzi kitabxananın dissertasiya zalına təhvil verdiyi 89 dissertasiyadan 54-ü (60,67%), həmin ilin 19 sentyabrında 3 saylı aktla təhvil verilmiş 155 dissertasiyanın 80 - i (51,61 %) rus dilində yazılıb. Sonrakı illərdə də vəziyyət ürəkaçan deyil. Məsələn, 2004 - cü ilin 25 noyabr 2 saylı aktla təhvil verilmiş 61 dissertasiyadan 29 - u (47,54%) Azərbaycan, 32 - si (52,45%) rus dilindədir.

Azərbaycan Respublikasında müsətqillyin bərpasından 35 ilə yaxın vaxt keçməsinə baxmayraq rus dilində dissertasiyaların yazılması, özü də məhz azərbaycanlılar tərəfindən yazılması həmin şəxslərdə milli şüurun kifayət qədər inkişaf etməməsinin, müstəqil dövlətin dilinə ögey münasibətin göstəricisi kimi qəbul olunmalıdır.

Yaddan çıxarmaq lazım deyil ki, dövlət müstəqilliyi, BMT - də Azərbaycan dövlətinin bayrağının dalğalanması asan başa gəlməmiş, bunun üçün xalqın qeyrətli övladları qəhrəmanlıqlar göstərmiş, yüzlərlə vətəndaş şəhid olmuşdur. Dövlət dilinə etinasız yanaşan dissertantlar və onlara şərait yaradan məmurları çox güman ki, millətin, dövlətin mənafeyi maraqlandırmır. Belə olduğu halda bu cür “alimlərdən” gənc nəslin vətəndaş kimi formalaşmasında nəsə gözləmək olarmı?

Sovet dövründə müttəfiq respublikalarda hər hansı bir tətdqiqatçı dissertasiya yazırdısa bunu həmin respublikanın milli dilində yazılıb müdafiə olunmasına icazə verilirdi. Lakin dissertasiyalar Moskvaya, Ali Attestasiya Komissiyasına göndərilərkən mütləq dissertantın hesabına rus dilinə tərcümə olunmalı idi. O, dövrdə sovet rejiminin bu tələbi burjua ekspertləri tərəfindən milli respublika əhalisinin hüquqlarının pozulması kimi qiymətləndirilirdi. Hazırda baş verənləri isə Azərbaycan dövlətinin, onun Konstitusiyasının müddəalarının pozulması, rus dilini bilməyən gənc nəslin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Çox təəssüf ki, bu cür qanun pozuntularına qarşı qətiyyətlə mübarizə aparmalı olan səlahiyyətli qurumları bütün bunlar narahat etmir. Azərbaycan Konstitusiyasının müddəalarına onların bu cür laqeydlyi başa düşülən deyil.

Səlahiyyətli qurumların sovet dövründə təhsil almış məmurları bir məsələni başa düşməlidirlər ki, onlardan fərqli olaraq gənc nəsil müstəqil Azərbaycanda təhsil alır və onlar üçün digər dillər kimi rus dili də xarici dildir. Əksər gənclər xarici dil öyrənərkən rus dilinə deyil, əsasən ingilis dilinə üstünlük verirlər.

Elm və Təhsil Nazirliyinin verdiyi məlumata görə, 2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələri üzrə 1.6 milyon şagird təhsil alıb. Onlardan 1.4 milyondan çoxu Azərbaycan dilində, 153 minə yaxını rus dilində, 9 mindən çoxu ingilis, mindən çox şagird gürcü, qalanı fransız və türk dillərində təhsil alır.

Elm və təhsil naziri çıxışının birində xüsusilə rus bölməsində təhsil alan şagirdlərin Azərbaycan dilində danışa bilməməsini tənqid edərək deyib: “Şagird 9-cu sinfə gəlib çatır və görürük ki, ana dilində danışa bilmir”.

Bəziləri deyə bilərlər ki, rus dilində təhsil alanlardan öz dissertasiyalarını azərbaycan dilində yazmasını tələb etmək onların hüquqlarının pozulması kimi dəyərləndirilə bilər. Deməli buradan belə bir sual meydana çıxır ki, artıq ingilis, türk, gürcü, fransız, italyan və s. dillərdə təhsil alan vətəndaşlar da dissertasiyaları həmin dillərdə yazmalıdırlar?

Bəziləri deyə bilərlər ki, başqa dillərdən fərqli olaraq Azərbaycan uzun müddət rus dilinin fəal işləndiyi ərazi olduğuna görə rus dilinə bu cür üstünlük verilir. Fikrimizcə bu fikirlərin də hazırda heç bir əsası yoxdur. Çünki reallığı nəzərə alan Azərbaycan Xalq Cümhuriyyəti rəhbərldəri Azərbaycan dili ilə paralel rus dilinin işlədilməsinə cəmi iki il vaxt ayırmışdılar. Azərbaycanın dövlət müstəqilliyindən isə 35 ilə yaxın vaxt keçir və bu dövrdə vəziyyəti Konstitusiyaya uyğunlaşdırmaq üçün kifayət qədər imkanlar var idi. Bundan başqa keçmiş possovet respublikalarının, o cümlədən qonşu Gürcüstanın öz milli dövlət dilinə olan münasibəti də bizi düşündürməlidir. Çünki Rusiyaya dini, adət - ənənə cəhətdən bizdən qat - qat yaxın olan Gürcüstanda müstəqillik bərpa edildikdən sonra rus dili dövlət idarələrindən tamamilə çıxarılmış, yalnız dövlət dili olan gürcü dili fəal işlədilməyə başlanmışdır.

Əlbəttə biz Azərbaycan elm aləmindəki öz günahımız ucbatından yaranmış anormal vəziyyətə istinad edərək Rusiyadan tələb edə bilmərik ki, orada da azərbaycan dilində dissertasiyaların müdafiəsinə imkan verilsin. Bu fikir hətta bəziləri üçün gülünc də səslənə bilər. Ancaq yaddan çıxarmaq olmaz ki, Azərbaycanda xarici dövlətin dilində dissertasiyaların müdafiə olunması da acı gülüş hədəfinə çevrilə bilən məsələlərdəndir.

Digər bir məsələni də yaddan çıxarmaq olmaz ki, dissertasiya yazan hər bir tətdqiqatçıdan öz ana dili ilə yanaşı mütləq bir xarici dil bilməsi və minumum imtahan verməsi qanunun tələbidir. Rus dilli azərbaycanlı öz dövlət dilini bilmirsə, onun hər hansı xarici dili mükəmməl bilməsi və bu dildən minumum imtahan verməsi istər - istəməz adamda şübhə yaradır. Çox güman ki, burada proteksiya və rüşvət halları olmamış deyil. Bu qanun pozuntularını aradan qaldırılması üçün ictimai nəzarətin gücləndirilməsinə, imtahanlarda vətəndaş cəmiyyəti nümayəndələrinin müşahidəçi qismində iştirakına ehtiyac var. Çünki dövlət qulluğuna qəbul olunan şəxslərin imtahanlarında bu təcrübədən istifadə olunur.

Faktlar sübut edir ki, son illər vəziyyət müsbətə doğru bir qədər dəyişib. M. F. Axundov adına Mərkəzi kitabxananın dissertasiya zalından son günlər aldığımız məlumatlar görə 2004-cü il ilə müqayisədə vəziyyət bir qədər yaxşılaşıb. Belə ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2025-ci ildə tarixdə M. F. Axundov adına Mərkəzi kitabxananın dissertasiya zalına təhvil verdiyi 592 nüsxə dissertasiyanın 478-i (80,74%) Azərbaycan, 80-i (13,5%) rus dilində, 34-ü (5,74 %) digər xarici dildə, 2026-cı ilin bu gününə kimi təhvil verilmiş 181 nüsxə dissertasiyanın 141 (77,90%) Azərbaycan, 20-si (11,04%) rus, 20-si (11,04%) isə digər xarici dildədir. Fikrimizcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda əldə etdiyimiz qələbələr milli birliyin, milli şüurun artmasına təsir etdiyi kimi, dövlətin dilində dissertasiya yazanların da sayını artırmışdı. Lakin hələ də 2025-ci ildə 80 dissertasiyanın, 2026-cı ilin 5 ayında isə 20 dissertasiyanın rus dilində yazılması bizi narahat etməlidir. Bu narahatlığın səbəbini izah etmək üçün faktlara müraciət edək.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmisinin “Azərbaycan müəllimi” qəzetinə (4 sentyabr 2026-cı il) verdiyi müsahibədə bildirmişdi ki, “Elmi işi yazdığı dildə danışa bilməyənlərlə rastlaşmışıq”

Fikrimizcə, bu əsasən dissertasiyanın rus dilində yazanlara aiddir. Bu problemi izah etmək üçün bir qədər keçmişə nəzər salmaq lazımdır.

Keçən əsrdə başqa respublikaların əhalisi kimi dissertasiya yazan hər bir azərbaycanlı da Moskvada Lenin adına kitabxananın dissertasiya zalına gedir və öz mövzusuna uyğun yazılmış dissertasiyalarla tanış olurdu. O zaman zala baxanda dəfələrlə çoxlu sayda insanın başını qaldırmadan dissertasiyalardan əl ilə nəyi isə köçürdüyünün şahidi olurduq. Bu insanlar oradan öz mövzuna aid yazılmış elmi işlərdən işin strukturunu, planını, bəzi faktları götürərək öz işində istifadə edirdi. Bu dövrdə də saxtakarlıq halları olurdu. Yəni keçmiş SSRİ üzrə mövzusuna uyğun müdafiə olunmuş dissertasiyanı köçürərək, respublikanın adını dəyişib, faktların yerinə də Azərbaycana aid faktları qoymaqla asanlıqla müdafiə edənlər var idi. Lakin o dövrdə onlar heç olmasa əziyyət çəkərək əl ilə böyük bir işi köçürərək bunu edirdilər. Dissertasiyalar makinada yazıldığından bu iş xeyli vaxt aparırdı.Hətta əlyazmada bir abzası dəyişdirəndə və ya yeni abzas əlavə edəndə qayçı ilə vərəqi kəsərək, əl ilə yazılmış abzası ora yapışdıraraq yenidən makinada yazmağa vermək lazım gəlirdi. Mütləq əksəriyyət də makinada yaza bilmədiyindən, vərəqin birini 1 manatdan makinaçıya yazdırırdılar.

Sonrakı illərdə kompüterin meydana çıxması, bir qədər sonra isə internetin yaranması tədqiqatçıların işini xeyli asanlaşdırdı. Lakin bu yeniliklər eyni zamanda saxtakarlıqların da çoxalmasına şərait yaratdı. Artıq Moskvanın və digər şəhərlərin kitabxanalarına getmək, əllə köçürməyə ehtiyac qalmadı. Başqa ölkələrdə rus dilində yazılmış hazır dissertasiyaları internet vasitısilə götürərək, bəzi dəyişiklər etməklə qısa müddətdə dissertasiya müdafiə edənlərin sayı artdı. Hətta Azərbaycan dilində dissertasiya yazmağın çətinliklərini görən azərbaycanlıların bir çoxu rus dilini bilməsələr də bu dilində dissertasiya təqdim etməyə üstünlük verməyə başladılar.

Bu saxtakarlıqların qarşısını anti-plagiyat proqramları ilə almağa çalışsalar da hələlik elə bir ciddi irəlləyiş əldə olunmayıb. Son illər inkişaf edən süni-intelekdən istifadənin müsbət tərəfləri olsa da, bu yenilik də saxtakarlığın artmasına şərait yaradıb.

Lakin müsbət hal ondan ibarətdir ki, bəzi aparıcı ali məktəblərin Müdafiə Şuralarında bu saxtakarlıqlara qarşı ciddi mübarizə aparılır. Məsələn, 2010-cu ildə Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən N.06.011 dissertasiya şurasında aparılmış araşdırmalar və təhlillər nəticəsində məlum olmuşdur ki, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda (FSHİ) yerinə yetirilmiş və hüquq üzrə müdafiə üçün Şuraya təqdim olunmuş altı dissertasiya işi açıq-aşkar Rusiya Federasiyasında müdafiə olunmuş dissertasiyalardan köçürmədir. Şura bu saxtakarlığı qarşısını alıb.

Əlamətdar haldır ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası da saxtakarlığa qarşı mübarizəni gücləndirib. 2019-2024-cü illərdə elmi dərəcə və elmi ad verilməsindən imtina hallarının sayı 1094 olub. Bu da əsasən plagiat, elmi keyfiyyətin aşağı səviyyədə olması və sənəd tələblərinə uyğun gəlməmək kimi səbəblərlə bağlıdır.

Son illərin statistikasına nəzər saldıqda görürük ki, iddiaçılar tərəfindən təqdim olunan dissertasiya və attestasiya sənədlərinin təxminən 30 faizinə elmi dərəcə və elmi adın verilməsindən imtina edilib.

Fikrimizcə, inkişaf etmiş ölkələrin və possovet respublikalarının bu sahədə müsbət təcrübəsindən istifadə etməklə problemin həllində ciddi irəlləyişlər əldə etmək olar. Bunula yanaşı dissertasiya işlərinin yazılması, təqdim olunmasına dair tələblərə də yenidən baxılaraq hüquqi sənədlərdə müsbət dəyişiklərin edilməsinə ciddi ehtiyac var.

Məhərrəm Zülfüqarlı
t.ü.e.d., professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ