ABŞ-ın sabiq prezidenti Co Bayden xatirələr kitabında Ukrayna Prezidenti Zelenski və Rusiya Prezidenti Putinlə münasibətlərindən də bəhs edib və hər iki liderlə bağlı diqqətçəkən fikirlər səsləndirib.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, noyabrın 17-də nəşr olunacaq “Promise Me, America” adlı memuarında Bayden Putinin davranışlarını və Zelenski ilə şəxsi ünsiyyətini təsvir edib.
Keçmiş ABŞ prezidenti Putinin görüşlər zamanı nümayiş etdirdiyi davranışları tənqid edərək, onun laqeyd görünməyə çalışdığını bildirib.
“Putin görüşlər zamanı kürsüdə yayxanmağı, laqeydlik nümayiş etdirməyi xoşlayırdı – sanki yeniyetmə idi”, – deyə Bayden yazıb.
Bayden Zelenski ilə münasibətlərinə də toxunub. O, Ukrayna Prezidentinin aktyorluq keçmişinin siyasi fəaliyyətində ona kömək etdiyini qeyd edib.
Bununla belə, sabiq prezident Zelenskinin şəxsi söhbətlər zamanı bəzən əhvalının dəyişkən və inadkar olduğunu, həmçinin gözlədiyi qədər minnətdarlıq nümayiş etdirmədiyini yazıb.
Bayden memuarında Donald Trampın komandasının onun prezidentliyə qayıtmasından əvvəl maraqlı bir təkliflə çıxış etdiyini də açıqlayıb. Onun sözlərinə görə, Trampın komandasının üzvləri ondan Putinə birbaşa danışıqlar aparmaq imkanı verəcək məktubu imzalamasını istəyiblər. Lakin Bayden bu təkliflə razılaşmayıb. O, belə bir addımın Ukraynanın maraqları hesabına güzəştə getmək və faktiki təslimiyyətlə nəticələnəcəyini gözlədiyini bildirib.
Tahir TAĞIYEV