çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

Image


Tural İsmayılov: “BMT kimi universal platformada bu məsələnin səsləndirilməsi Ermənistan üçün də müəyyən diplomatik məsuliyyət yaradır”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş Assambleyasının 81-ci sessiyasında verdi bəyanatda Ermənistanla yekun sülh sazişinin imzalanması qarşısında qalan son və ən həlledici maneə Ermənistan Konstitusiyası ilə bağlı olduğu vurğulanıb.

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində etdiyi çıxışlarda və digər rəsmi görüşlərdə bu məsələ ilə bağlı bir neçə mühüm məqamı vurğulayıb.

Azərbaycan və Ermənistan arasında faktiki olaraq de-fakto sülh əldə olunub, tərəflər arasında nəqliyyat, tranzit və ilkin ticarət əlaqələri üçün addımlar atılıb, hətta "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" paraflanıb.

Bu prosesin geridönməzliyini təmin etmək və yekun sülh müqaviləsini imzalamaq üçün Ermənistanın öz daxili hüquqi prosesini başa çatdırması, yəni referendum keçirərək yeni konstitusiya qəbul etməsi mütləq şərtdir. Ermənistanın mövcud hüquqi sənədlərində Azərbaycana qarşı hər hansı ərazi iddiası qaldığı müddətcə sazişə son imzanın atılması mümkün deyil. Bu fikirlər C.Bayramovun çıxışında yer alıb.

Ceyhun Bayramov BMT də Ermənistanda konstitusiya dəyişikliyi barədə danışıb. Nazir deyib ki, sülh sazişinin imzalanması yolunda yeganə böyük bir problem qalıb, bu da Ermənistanın Konstitusiyasının dəyişdirilməsidir.

BMT tribunasından bu məsələnin bəyan olunmasının proseslərə nə kimi təsiri olacaq?

Politoloq Tural İsmayılov baki-xeber.com-a bildirdi ki, Ceyhun Bayramovun BMT Baş Assambleyasının tribunasından Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsini sülh sazişinin imzalanması yolunda qalan əsas məsələ kimi təqdim etməsi diplomatik baxımdan mühüm siyasi mesajdır. “Azərbaycanın bu məsələni dünyanın ən böyük beynəlxalq siyasi platformalarından birində açıq şəkildə gündəmə gətirməsi göstərir ki, Bakı sülh prosesinin yalnız ikitərəfli danışıqlar predmetində qalmasını deyil, onun hüquqi və siyasi əsaslarının beynəlxalq səviyyədə də aydın şəkildə qəbul olunmasını istəyir.

Burada Azərbaycanın mövqeyinin əsas məntiqi kifayət qədər aydındır. Bakı hesab edir ki, Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ artıq formalaşıb, münaqişə başa çatıb və sülh üçün real siyasi zəmin yaranıb. İndi əsas məsələ əldə edilmiş nəticələrin hüquqi baxımdan möhkəmləndirilməsi və gələcəkdə yeni ərazi iddialarının ortaya çıxmasına imkan verə biləcək müddəaların aradan qaldırılmasıdır. Ermənistan Konstitusiyasında Azərbaycan ərazisinə dair iddiaların mövcudluğu məsələsinin qabardılması da məhz bu kontekstdə qiymətləndirilməlidir.

BMT tribunasının seçilməsi isə məsələyə əlavə siyasi ağırlıq gətirir. Çünki Azərbaycan bununla demək istəyir ki, sülh prosesi artıq yalnız Bakı ilə İrəvan arasında aparılan danışıqlar deyil, Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasını müəyyən edən daha geniş beynəlxalq məsələdir. Azərbaycanın mövqeyi beynəlxalq auditoriyaya açıq şəkildə çatdırılır və Ermənistanın konstitusion dəyişikliklərlə bağlı mövqeyi də bundan sonra daha ciddi diplomatik diqqət altında olacaq.

Ən vacib məqam Azərbaycanın Ermənistanın daxili siyasi proseslərinə birbaşa müdaxilə etməməsidir. Konstitusiyanın necə dəyişdirilməsi Ermənistanın daxili siyasi qərarıdır. Lakin Azərbaycan üçün əsas məsələ həmin Konstitusiyanın Azərbaycan ərazisinə qarşı gələcəkdə hər hansı iddianın hüquqi-siyasi əsasına çevrilməməsidir”.

T.İsmayılov qeyd etdi ki, bu fərq diplomatik baxımdan əhəmiyyətlidir. Ekspertin fikrincə, Bakı konkret olaraq Ermənistan cəmiyyətinə hansı qərarı verməli olduğunu diktə etməkdən daha çox, imzalanacaq sülhün davamlılığı üçün hansı hüquqi təminatların vacib olduğunu ortaya qoyur.

“Bu mövqenin Azərbaycanın xeyrinə olan digər tərəfi ondan ibarətdir ki, Bakı sülh prosesinin qarşısını alan tərəf görüntüsü yaratmır. Əksinə, Azərbaycanın mesajı belədir: sülh sazişinin imzalanması mümkündür, lakin bu saziş gələcəkdə yeni münaqişəyə yol aça biləcək hüquqi ziddiyyətləri özündə saxlamamalıdır. Başqa sözlə, Azərbaycan sülhün sadəcə imzalanmasını deyil, onun uzunmüddətli və dayanıqlı olmasını gündəmə gətirir.

BMT kimi universal platformada bu məsələnin səsləndirilməsi Ermənistan üçün də müəyyən diplomatik məsuliyyət yaradır. İrəvan bundan sonra Konstitusiya məsələsini yalnız daxili siyasi müzakirə kimi təqdim etməklə kifayətlənə bilməyəcək. Çünki Azərbaycan artıq öz mövqeyini beynəlxalq ictimaiyyət qarşısında açıq şəkildə ifadə edib. Ermənistanın qarşısında duran məsələ təkcə Bakı ilə münasibətlər kontekstində deyil, regionda yeni siyasi reallığın hansı hüquqi əsaslarla qurulacağı kontekstində müzakirə olunur.

Əslində Azərbaycanın diplomatik xəttində burada mühüm bir ardıcıllıq görünür: əvvəlcə ərazi bütövlüyü və suverenlik məsələsi həll edildi, daha sonra regionda kommunikasiya və iqtisadi əlaqələrin bərpası üçün yeni imkanlar yarandı, indi isə növbəti mərhələ sülhün hüquqi əsaslarının tam formalaşdırılmasıdır”.

T.İsmayılov hesab edir ki, bu baxımdan Ceyhun Bayramovun BMT tribunasındakı çıxışı Azərbaycanın postmünaqişə gündəliyinin beynəlxalq səviyyədə sistemli şəkildə təqdim edilməsinin davamıdır: “Məncə, bu çıxışın əsas siyasi nəticəsi Azərbaycanın sülh gündəliyində özünün müəyyən etdiyi çərçivəni daha da möhkəmləndirməsidir. Bakı artıq “münaqişənin necə həll olunacağı” sualını deyil, “münaqişədən sonra sülhün necə geri dönməz və hüquqi baxımdan təminatlı olacağı” məsələsini müzakirəyə çıxarır. Bu isə Azərbaycanın yaratdığı yeni reallığın diplomatik müstəvidə də möhkəmləndirilməsi deməkdir”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ