İllər ərzində Ukrayna ətrafındakı böyük geosiyasi oyun başqaları tərəfindən yazılmış ssenarilər əsasında cərəyan edib və indi müxtəlif tərəflərin mövqeləri tamamilə aydınlaşıb. Bu sözləri "Valday" Diskussiya Klubunun 23-cü illik toplantısının plenar iclasında çıxışında Vladimir Putin bəyan edib.
O deyib ki, Rusiya qəsdən milli maraqlarını müdafiə etməyi tələb edən bir vəziyyətə sürüklənib. "Həqiqət budur ki, biz hərbi əməliyyatlar istəməmişik və ya onlara başlamamışıq; əksinə, bizə qarşı qarşıdurma başladılıb. Ukraynada radikal əhval-ruhiyyəni təşviq etməyə, hərbi infrastruktur planlaşdırmağa və ya hakimiyyət dəyişikliyinə təkan verməyə ehtiyac yox idi", – deyə Rusiya prezidenti bildirib.
SAMİRƏ