Sentyabrın 30-u saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Kürdəmir rayonunda baş verən zəhərlənmə hadisəsi ilə bağlı yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də Kürdəmirdə zəhərlənmə hadisəsi ilə məlumat yayıb. Bildirilib ki, Kürdəmirdə yerləşən “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verən zəhərlənmə hadisəsi ilə bağlı agentlik tərəfindən araşdırma aparılır.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində agentlik müvafiq tədbirlər görür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
ZÜMRÜD