Cümə axşamı günü, 01 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
Tarix: 01.10.2026 / 14:25
Bölmə: Siyasət
Ukrayna-Rusiya müharibəsi hər iki tərəf üçün özünün ən böhranlı və təhlükəli fazalarından birinə qədəm qoyub. Hərbi əməliyyatların ilk dövrlərində əsas toqquşmalar bilavasitə cəbhə xəttində baş verirdisə, hazırda vəziyyət köklü şəkildə dəyişib. Raket və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə endirilən zərbələr Ukraynanın demək olar ki, bütün ərazisini əhatə edir. O cümlədən paytaxt Kiyev şəhəri də hər gecə dron və ballistik raket atəşlərinə tutulur. Ukraynanın Rusiyanın dərinliklərində yerləşən enerji və hərbi infrastruktur obyektlərinə yönəltdiyi dron və raket hücumları da müharibənin coğrafi miqyasını kifayət qədər genişləndirib.
Qarşıdurmanın mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, hər iki tərəf xaricdən dəstək alır. Rusiya Çindən, İrandan və Şimali Koreyadan dəstək aldığı halda Ukrayna əsasən NATO üzvü olan ölkələrdən və ABŞ-dən maliyyə dəstəyi alır və həmin maliyyə resurslarını büdcə çatışmazlığını qapatmaq üçün və büdcədə artırdığı hərbi xərcləri ödəmək üçün istifadə edir. Rusiya Avropanın Ukraynaya dəstək verməkdən çəkindirmək məqsədilə Avropa ərazisində müxtəlif xarakterli sabotaj aktları, kiberhücumlar və dron insidentləri həyata keçirir. Bu kimi hibrid təhdidlər Avropanın Rusiyaya qarşı ortaq mövqeyinin parçalamağa hesablanıb.
Avropa üçün isə məsələ artıq "Ukraynaya yardım etmək və ya etməmək"dən ibarət deyil. Avropa anlayır ki, Rusiyanın Ukraynanı işğal etmək cəhdi birbaşa qitənin onilliklər boyu sabitlşdirilmiş təhlükəsizlik arxitekturasını sarsıdır və Avropa İttifaqının özünün mövcudluğuna ciddi risklər yaradır. Ona görə də Aİ Ukraynaya maliyyə, iqtisadi, hərbi və humanitar dəstəyi fasiləsiz olaraq davam etdirir. Bu dəstəyin arxasında yalnız Ukraynanın ərazi bütövlüyünün müdafiəsi deyil, həm də Avropanın öz strateji təhlükəsizliyinin təmin edilməsi dayanır.
Münaqişə başlayan zaman nə Ukrayna, nə Rusiya, nə də Avropa qarşıdurmanın illərlə davam edəcəyini proqnozlaşdıra bilərdi. Gözlənilənlərin əksinə olaraq Rusiyanın bir neçə gün ərzində Kiyevi ələ keçirmək və Ukraynada Belarusa bənzər özünə loyal hakimiyyət formalaşdırmaq məqsədi müharibənin ilk günlərindəcə iflasa uğradı. Müharibənin uzanması isə saysız-hesabsız insan itkiləri və limitsiz hərbi xərclərlə müşaiyət olunur. Müharibəni davam etdirmık üçün tələb olunan siyasi, iqtisadi, hərbi və maliyyə resursları isə sonsuz deyil. Artıq beş ilə yaxın davam edən müharibə Rusiyanın resurslarını xeyli tükəndirib. Bir zamanlar dünyanın "2-ci ən böyük ordusu" imicinə malik olan Rusiya ordusu bu gün küçədən toplanmış, hədə və şantaj yolu ilə müqaviləyə imza atmış qeyri-peşəkar "könüllü"lərdən ibarət dəstələrə çevrilməkdədir. Rusiya ərazisində yerləşən neft-qaz, elektrik, su-kanalizasiya ifrastrukturunun, eləcə də körpülərin, dəmir yollarının və iri həcmli logistika mərkəzlərinin davamlı olaraq sıradan çıxarılması Rusiyanın müharibəni davam etdirmək imkanlarını nəzərəçarpan dərəcədə məhdudlaşdırır.son günlərdə Rusiyada kütləvi səfərbərlik planlarından danışılır. Rusiya rəhbərliyi bunu inkar etsə də rəsmən elan olunmamış səfərbərliyin gizli şəkildə həyata keçirildiyi də məlum faktdır. Lakin bütün bunlar Rusiyanın Ukrayna üzərində tam qələbə qazanması üşün kifayət deyil. Kütləvi səfərbərlik həyata keçirməyin də öz riskləri var. Birincisi, yüz minlərlə vətəndaşın bir anda səfərbər edilməsi ilk növbədə onların təminat məsələsini ortaya çıxarır. Onların yerləşdirilməsi, paltar və qida ilə təmin edilməsi və hərbi təlimlərin keçilməsi, logistikası və s. çox böyük fiziki və maddi resurslar tələb edir. Məhdud sayda xarici muzdluların cəlb edilməsi də vəziyyəti öz xeyrinə dəyişmək üçün kifayət deyil. Bütün bunların həyata keçirilməsi həm də hərbi büdcənin dəfələrlə qaldırılmasını tələb edir. ABŞ və Aİ tərəfindən Rusiya üzərinə qoyulan sanksiyalar isə Rusiya iqtisadiyyatına və nəticə etibarilə maliyyə resurslarına gündən günə daha çox təsir göstərir ki, bu da milyonlarla insanın gündəlik həyatına təsir edən iqtisadi - sosial nəticələr doğurur. Müharibəni açıq tənqid etmək ciddi hüquqi risklərlə müşayiət olunduğundan, ictimai narazılığın nə vaxt siyasi reaksiyaya çevriləcəyini proqnozlaşdırmaq çətindir. Lakin Rusiya hakimiyyəti belə bir ssenarinin mümkünlüyünü də istisna edə bilməz. Rusiyanın indiki vəziyyətində səfərbərlik elan etmək cəmiyyət tərəfindən ciddi etirazla qarşılana bilər, ictimai-siyasi sabitlik pozula bilər və hadisələr mövcud hökümətin iflasına və hətta hakimiyyətin itirilməsinə qədər inkişaf edə bilər. Hakimiyyətin itirilməsinin isə Putin Rusiyası üçün misli görünməmiş fəsadlara gətirib çıxaracağı şübhəsizdir.
Rusiya-Ukrayna müharibəsinin taleyini yalnız cəbhədəki hərbi vəziyyət həll etməyəcək. Rusiya üçün insan resursları, hərbi sənayenin dayanıqlılığı, maliyyə imkanları və daxili ictimai-siyasi sabitlik bir-biri ilə sıx bağlı olan amillərdir. Ukrayna üçün isə əsas məsələ xarici dəstəyin və bunun nəticəsində müdafiə imkanlarının davamlılığıdır. Avropa üçün isə Rusiya-Ukrayna müharibəsi artıq Avropanın özünün təhlükəsizlik sistemi ilə bağlı strateji məsələyə çevrilib. Beləliklə, müharibə uzandıqca cəbhədəki güc balansı ilə yanaşı, iqtisadi və sosial dayanıqlılıq da qarşıdurmanın əsas amillərinə çevrilir.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı.
1 oktyabr 2026-cı il
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
Tarix: 01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
Tarix: 01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
Tarix: 01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
Tarix: 01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
Tarix: 01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
Tarix: 01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
Tarix: 01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
Tarix: 01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
Tarix: 01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
Tarix: 01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
Tarix: 01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partlatacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...
30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir
30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu
- heç kim güzəştə getmək istəmir…
30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi
- sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...
30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır
30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…
30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu
30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar
- FOTO/YENİLƏNDİ
30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır
30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...
30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi
30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək
30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...
30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr
30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar -
səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...
30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"
30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir"
- Prezident
30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı
30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı
30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək -
Merz açıqladı
30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi
29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi
- sərnişinləri endirib təyyarəyə əl qoydular...
29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...
Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ