Rusiya Macarıstanın Moskvadakı səfirliyinin və Kazan və Sankt-Peterburqdakı baş konsulluqlarının bir qrup əməkdaşını ölkədən çıxarır. Bununla əlaqədar Macarıstanın Rusiyadakı müvəqqəti işlər vəkili Qabor Gergiki Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Qeyd edib ki, Macarıstan hakimiyyətinin 8 sentyabr 2026-cı il tarixində bir sıra Rusiya diplomatik işçilərinin ölkəni tərk etməsi ilə bağlı əsassız və açıq düşmənçilik tələbi ilə əlaqədar olaraq macar diplomatına sərt etiraz bildirilib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Macarıstan diplomatına bildirilib ki, cavab tədbiri olaraq, Moskvadakı Macarıstan səfirliyinin və Sankt-Peterburq və Kazandakı Macarıstan Baş Konsulluqlarının bir qrup əməkdaşı iki həftə ərzində Rusiya ərazisini tərk etməlidir.
Qeyd edək ki, 8 sentyabrda Macarıstan 10 rus diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edib. Macarıstanın xarici işlər naziri Anita Orban bildirib ki, bu şəxslər Vyana Konvensiyasına əsasən diplomatlar üçün Macarıstanda qəbuledilməz olan fəaliyyətlərlə məşğul olublar.
Tahir TAĞIYEV