ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Respublikaçılar Partiyası noyabr ayında keçiriləcək aralıq konqres seçkilərində məğlub olarsa, demokratlar ona qarşı impiçment prosedurunu işə salacaq. "Bu seçki ilə bağlı sizə müraciət edirəm: Adım seçki bülletenində olanda biz əla nəticələr göstəririk. Lakin adım bülletendə olmayanda insanlar səsvermədə o qədər də fəal iştirak etmirlər. Xahiş edirəm, elə təsəvvür edin ki, mən seçkidə iştirak edirəm. Sadəcə təsəvvür edin... Və əgər biz qalib gəlməsək, onlar [demokratlar] sonda mənə qarşı impiçment prosedurunu həyata keçirəcəklər", – deyə ABŞ prezidenti Oklahomada tərəfdarları qarşısında çıxışı zamanı bildirib. Tramp ABŞ tarixində iki dəfə impiçment prosesi ilə üzləşən ilk prezidentdir. Bu hadisələr onun prezidentlik müddətinin ilk dövründə – 2019 və 2021-ci illərdə baş verib. Hər iki halda impiçment ittihamları Senat tərəfindən rədd edilib.
ABŞ prezidenti hazırda üçüncü impiçment yaşaya biləcəyinə də əmindir.
SAMİRƏ