ABŞ Səudiyyə Ərəbistanı və Qətərdəki neft və qaz obyektlərini qorumaq üçün bölgədə əlavə iki Patriot raket batareyası yerləşdirib.
Axios bu barədə məlumatlı mənbələrə istinadən xəbər verir. Xəbərə görə, ötən ay ABŞ Silahlı Qüvvələri əsas neft obyektini qorumaq üçün Səudiyyə Ərəbistanına Patriot batareyası yerləşdirib. Qaz obyektini qorumaq üçün isə Qətərə başqa bir Patriot batareyası yerləşdirilib. Portal qeyd edir ki, ABŞ hər iki müttəfiqini əmin etmək istəyir ki, prezident Donald Tramp İrana qarşı tammiqyaslı hərbi əməliyyatları bərpa etmək qərarına gələrsə, onların əsas enerji aktivlərini qoruyacaq. Axios həmçinin ABŞ rəsmisinə istinadən xəbər verir ki, USS Theodore Roosevelt təyyarədaşıyan gəmisi və onun zərbə qrupu bazar günü San Dieqodan yola düşüb və Yaxın Şərqə doğru gedir. Onların noyabrın ortalarında bölgəyə çatması gözlənilir. Vurğulanır ki, Theodore Roosevelt mart ayından bəri bölgədə olan USS George Bush təyyarədaşıyan gəmisinə və yayda Yaponiyadan yerləşdirilən və təxminən bir aydır bölgədə olan USS George Washington təyyarədaşıyan gəmisinə qoşulacaq. "Bu o deməkdir ki, Yaxın Şərqdə potensial olaraq üçə qədər aviadaşıyıcı zərbə qrupu ola bilər. Bu, atəş gücü baxımından daha böyük bir qüvvədir"- mənbə portala bildirib.
SAMİRƏ