Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlavə Dəniz Piyadaları Korpusunun gəmilərini göndərir. The Wall Street Journal qəzetinin Amerika rəsmilərinə istinadən verdiyi məlumata görə, bölgəyə əlavə 9000-10000 Amerika əsgəri yerləşdirilə bilər. Gəmilərin, döyüş təyyarələrinin, dəniz piyadalarının və dənizçilərin noyabr ayının sonuna qədər bölgəyə gəlməsi gözlənilir. Gücləndirilmiş qüvvələrə USS Theodore Roosevelt-in rəhbərlik etdiyi aviadaşıyıcı zərbə qrupu və USS Makin Island-ın rəhbərlik etdiyi amfibiya qrupu daxil olacaq. Onların gəlişi ilə aprel ayından bəri ilk dəfə olaraq bölgədə eyni vaxtda üç Amerika aviadaşıyıcı zərbə qrupu yerləşdiriləcək. USS George H.W. Bush və USS George Washington artıq orada yerləşdirilib. Yeni yerləşdirmə, Prezident Donald Tramp administrasiyasının noyabr ayında keçiriləcək ara seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatların mümkün bərpasına hazırlaşdığı bir vaxta təsadüf edir. WSJ-nin məlumatına görə, Tramp bu yaxınlarda müşavirlərinə İranın bombalanmasının noyabr ayında yenidən başlayacağını gözlədiyini bildirib.
SAMİRƏ