Berlində Qazaxıstan Prezidenti Kasım Jomard Tokayevin Almaniya Kansleri Merzlə görüşündə gərgin anlar yaşanıb.
Söhbət zamanı Rusiya-Ukrayna müharibəsi mövzusunun intensiv müzakirə olunduğunu bildirən Merz Tokayevə müharibənin bitməsi üçün Putinlə danışdığına görə təşəkkür edib. Bildirib ki, Berlin Kiyevə dəstəyini nəinki hərbi, həmçinin siyasi, iqtisadi və digər sahələrdə də davam etdirməkdə qərarlıdır.
Vladimir Putinlə çox gözəl münasibətləri olduğunu bildirən Qazaxıstan Prezidenti onu “mürəkkəb tarixi olan ölkəyə rəhbərlik etmək üçün vacib xüsusiyyətlərə malik fövqəladə dövlət adamı” adlandırıb.
Tokayevin Putin haqqındakı bu “xarakteristikası” isə Merzin xoşuna gəlməyib və o, buna kəskin reaksiya verərək, Moskvanı daha sərt ritorika ilə tənqid edib.
“Biz sülhün əldə olunması yönündə bütün mümkün variantlardan istifadə edirik və onlardan biri də Almaniya XİN rəhbərinin Nyu-Yorkda Sergey Lavrov la görüşü oldu. Lakin görünən odur ki, indiki halda Moskva sülhün əldə olunmasında maraqlı deyil”- o deyib.
SAMİRƏ