İsrailə uçan qaçırılmış təyyarənin pilotu ağır xəsarətlərlə yerdə uzanarkən kabin qapısını açıb stüardessaları hücum barədə necə xəbərdar etdiyini danışıb. Smit Maççar "başqalarının ölməsinə icazə verməyəcəyini" bəyan edərək, Dubaydan Təl-Əvivə uçan təyyarədəki 174 nəfəri xilas etmək üçün qapını açıb. Flydubai reysindəki sərnişinlər Omanlı ikinci pilotun bıçaqlı hücumu zamanı təyyarə 17.000 futa düşəndə panikaya düşüblər və bundan sonra onlardan dördü vəziyyəti ələ alıb. Təyyarə Səudiyyə Ərəbistanına təhlükəsiz şəkildə eniş etdikdən sonra Maççar BƏƏ-dəki xəstəxanaya köçürülüb. Orada o, Hindistanın Baş naziri Narendra Modi ilə videokonfrans keçirib. Smit Maççarın dostu The Telegraph-a bildirib ki, o, "sərnişinlərini xilas etmək üçün hər şeydən keçəcək".
"Yerdə uzanmışdım, yaralı idim, amma öz-özümə qapını içəridən açmaq üçün son cəhd etməli olduğumu dedim. Başqaları da müdaxilə etdi və vəziyyətin həllində rol oynadılar. Əlbəttə ki, həyatım uğrunda mübarizə aparırdım, amma eyni zamanda başqalarının ölməsinə icazə verməyəcəyimi bilirdim”- Maççar deyib.
İsrail Baş naziri Benyamin Netanyahu şəxsiyyəti açıqlanmayan ikinci pilotun həbs olunduğunu və dindirildiyini təsdiqləyib.
Bıçaqlanma səhər saat 9 radələrində baş verib. İşdən kənar pilotlar da daxil olmaqla dörd sərnişin hücumçunu sakitləşdirib və təcili eniş edib.
Cümə axşamı Donald Tramp hücumçunu "ola bilsin ki, dəli" adlandırıb və onun İranla əlaqələrinin ola biləcəyini irəli sürüb. Şahidlərin sözlərinə görə, həbs zamanı hücumçu sərnişinlərdən onu öldürmələrini yalvararaq xahiş edib və bunun intihar missiyası olduğunu deyib. SAMİRƏ