Yəmənli husilər ballistik raketlər və dronlardan istifadə edərək Səudiyyənin paytaxtı Ər-Riyaddakı "Aramco" neft obyektinə hücum ediblər. "Reuters" agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, zərbə endirilən ərazilərdə güclü yanğın başlayıb. Mənbələrin bildirdiyinə görə, bu hücum Səudiyyənin Səna və Yəmənin digər əyalətlərinə endirdiyi zərbələrə cavab olub. Səudiyyə rəsmiləri tərəfindən "Aramco" obyektinə hücumla bağlı hələlik heç bir təsdiq gəlməyib. "Aramco" özü də şərh tələbinə cavab verməyib. Hücum Səudiyyə Ərəbistanı ilə Səudiyyə şəhərlərinə və enerji infrastrukturuna hücumları gücləndirən husilər arasında artan gərginlik fonunda baş verib.
SAMİRƏ