Rusiya Federasiyası Kommunist Partiyasının (RKP) Moskvada Krestyanskaya Zastavadakı abidə önündə keçirilən mitinqində ən azı 65 iştirakçı saxlanılıb,
Kommunist Partiyasının məlumatına görə, həbslər 4 oktyabr 1993-cü ildə Moskvada baş verən silahlı qarşıdurma zamanı həlak olanların xatirəsinin anılmasının son mərhələsində başlayıb.
Partiya bildirib ki, hazırda saxlanılanların azad edilməsi və onlara lazımi yardımın göstərilməsi üçün işlər görülür. Partiya həbslərin səbəblərini açıqlamayıb. Hüquq-mühafizə orqanları hələlik hadisə ilə bağlı şərh verməyib və ya saxlanılanların sayını təsdiqləməyib.
Etiraz aksiyası 1993-cü ilin oktyabr hadisələrinin 33-cü ildönümündə, Moskvada Ali Sovet tərəfdarları ilə Prezident Boris Yeltsin arasında silahlı qarşıdurmanın baş verdiyi gün baş tutub.
Tahir TAĞIYEV