“Axios” ABŞ rəsmisinə istinadən xəbər verir ki, İranın BMT nümayəndə heyətinin iki üzvü Amerika hakimiyyətinin onlardan dərhal ölkəni tərk etmələrini tələb etməsindən sonra ABŞ-ı tərk edib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio BMT Baş Assambleyasının iclasından sonra bütün İran nümayəndə heyətinin Nyu-Yorku tərk etməsini tələb edib, lakin iki diplomat bu tələbi qulaqardına vuraraq şəhərdə qalıb.
Cümə günü İranın BMT-dəki missiyasına ABŞ-ın iki diplomatın harada olduğundan xəbərdar olduğu və onların dərhal getməsini tələb etdiyi barədə yenidən məlumat verilib. Onlardan biri cümə axşamı, digəri isə şənbə səhəri Nyu-Yorku tərk edib.
“Katib Rubio ciddidir”, - deyən ABŞ rəsmisi əlavə edib ki, Nyu-Yorkda qalan iki İran nümayəndəsi sonda “ölkədən qovulub”.
Tahir TAĞIYEV