Moldova Xarici İşlər Nazirliyi, beş dron və raketin Moldovanın hava məkanından uçuşundan sonra Rusiyanın Kişinyovdakı səfirini çağırıb və ona etiraz notası təqdim edib. Moldova Xarici İşlər Nazirliyinin məlumatına görə, obyektlər ölkənin dörd rayonundakı yaşayış məntəqələrinin yaxınlığında partlayıb.
XİN hadisənin vətəndaşların həyatı və təhlükəsizliyi üçün təhlükə yaratdığını, yanğınlara və əmlak ziyanına səbəb olduğunu bildirib. Nazirlik Rusiyadan Moldovanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsini və bu cür hadisələrin təkrarlanmasının qarşısını almasını tələb edib.
Rusiya səfiri Oleq Ozerov Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda ölkənin hava məkanının pozulması ilə əlaqədar olaraq bir neçə dəfə Moldova Xarici İşlər Nazirliyinə çağırılıb. 2025-ci ilin fevral ayında Kişinyov həmçinin Moldova ərazisi üzərində bir neçə dron uçuşundan sonra rusiyalı diplomata etiraz notası təqdim edib.
Moldova hakimiyyəti əvvəllər bu cür hadisələrin Ukraynadakı müharibənin qonşu dövlətlərin təhlükəsizliyi üçün birbaşa nəticələrindən biri olduğunu bildirmişdi. 2026-cı ilin iyun ayında Moldovanın BMT-dəki daimi nümayəndəsi Rusiya dronlarının uçuşları və ölkə daxilində raket və dron parçalarının düşməsi halları barədə məlumat vermişdi.
Tahir TAĞIYEV