"Bizə heç kimin köməyi də, himayədarlığı da lazım deyil… Çətin vaxtlarda heç kim bizə kömək etmədi… Silahı da pulumuzu verib almışıq… İşimizə qarışmayın… Hərə öz dövləti,öz xalqı ilə məşğul olsun"… Və sair..
İlham Əliyevin böyük rezonans doğurmuş çıxışından bəzi seçmələri verdim...
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Burada hansısa dövlətin xətrinə dəyəsi qəribə nə var ki?! Hər bir normal, şərəfli, özünə hörmət qoyan dövlətin başçısının deyə biləcəyi, deməli olduğu sözlərdir… Başqa nə deməli idi?! Deməli idi ki, "müftə aldığımız silahlara görə hamının qarşısında gözü kölgəliyik?! Deməli idi ki, gəlin bu ölkəni öz arxa bağçanız kimi idarə edin, altından vurub üstündən çıxın?! Deməli idi ki, bəzi "ana uşağı ölkələr" kimi özümüzə himayədar axtarırıq?! Deməli idi ki, "itə də bir çörək borcluyuq?!"... Yox…
2023-cü ilin sentyabrında müharibə bitənə qədər Azərbaycanın haralardan silah aldığını hər kəs bilir. İlham Əliyevin sözlərini bilməyərəkdən, ya qərəzdən ora-bura çəkmək, hansısa ölkəyə qarşı yönəltmək lazım deyil... Bu müddətdə Azərbaycan bir dənə də olsun NATO ölkəsindən, Türkiyə də daxil, silah almadı, çünki satmadılar, çünki biz müharibə içində idik, Rusiya qoyardımı hansısa NATO ölkəsindən silah alaq?! Dediyim tarixə qədər silahı qeyri-NATO ölkələrindən pulla aldıq, özümüz istehsal etdik...
Qardaş Türkiyənin isə diplomatik-siyasi dəstəyi öz yerində, unudulmaz və unudulmazdır...
Tahir TAĞIYEV