İkinci həqiqət: Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin, qələbələrimizin və qüdrətimizin işıqlı yoludur! İdeoloji təhlükəsizliyimizin qarantıdır.
Mən bunları bütün əsərlərimdə yazmışam, bəzən bunlara başını bilməyərəkdən bulayan, bilərəkdən, "yallanan" "ideoloqlar" olub.
Tarix, indi göstərir, gələcək də göstərəcək ki, biz haqlıýıq.
27 sentyabr 2020-ci ilə qədər Azərbaycan üçün xarici faktorları təsbehə bənzətsək: Onun muncuqları: İran- bitərəf qalmalıydı, Gürcüstan- bitərəf qalmalıydı, Türkiyə- yanımızda olmalıydı Pakistan- yanımızda olmalıydı Amerik, İngiltərə- səsiz olmalıydı Fransa- zəvzəsə də, zəncirini qırmamlıydı, Yaxın şərq ölkələri- sakitcə təsbeh oynatmalı, bizə qarşı kim varsa-gözünü döyməliydi. Bu muncuqlar bir yerə yığılmalı, onun başı-Rusiya isə öz yerinə taxılmalıydı. İlham Əliyev məharətlə bu muncuqları beynəlxalq hüquq, təşkilatlardan ibarət sapa düzə bildi. Onlar öz- özünə düzülmədi!
İndiki vəziyyətdə:
Qələbəmizə, ölkəmizə əl uzatmaq istəyənlərə qarşı O nə etməlidir? Teorem isbatı kimi əksini düşünək: Prezident nə deməliydi? Deməliydi ki, hamı bizim yaşam tərzimizə, dilimizə, milli kimliyimizə qarışmalıdır? Bizi himayə etməlidir? Qələbələrimizi şəhidlərə, xalqımıza deyil filan ölkənin bizə "bağışladığı" silahlara borcluyuq?
Tarix göstərdi ki, dağ alçası kimi zəy, ağız büzənlər həmişə olub, amma nəyi nə vaxt necə etməyi, necə deməyi İlham Əliyev "günəş saatı" kimi daha dəqiq bilir. Bir dəqiqə keçikmir ya tələsmir.
Və bu dəqiqlik, sərrastlıq Azərbaycan dövlətinin və xalqının maraqları çərçivəsində işləyir. Ümumiyyətlə Azərbaycanın milli maraqlarına toxunanda onun gözü dönür, kim olur olsun, hansı dövlət olur olsun, fərq etmir.
Rusiya səmasında Azərbaycan təyyarəsi vurulanda onum "gözü dönmədi"? "Putinin adamıdı, ondan çəkinir" deyib zəhər dadanlar necə oldu? "Heç vaxt müharibə etməz, çəkinir, icazə almalıdır, istəmir" ifraz edənlər necə oldu?
İsmayıl Kəbəni qoruyan kimi O Azərbaycanın qudsal maraqlarını qoruyur.
Azərbaycan qələbələrini özü qazanıb: Xalq, dövlət, şəhid və qazilərimiz. Heç kəsə, heç kimə borclu deyilik. Hansı dövlət, mərkəz, şəxs yanımızda və ya qarşımızda olubsa, öz maraqları üçün olub.
Əgər belə deyilsə, Xocalıda mənim xalqımın uşaqları köməksiz vəziyyətdə öldürüləndə, dərisi soyulanda qos- qoca dövlətlər, yetkin gizli servizləri olan təşkilatlar harada idi? O zaman Azərbaycanı batan gəmi kimi görüb heç kim minmirdi. Sonra Azərbaycan region və dünya siyasət, iqdisadiyyat, qüdrət okeanlarında Titanik kimi üzəndə, hamı doluşdu o gəmiyə.
Dünyanın bivec, "dişsiz" ölkələrindən ibarət Qoşulmama hərəkatına da Azərbaycan protez diş saldı, diriltdi.
Hərdəmxəyal, islam dünyasının həyati məsələlərinə, Qarbağ boyunca 30 il məscidlərimizdə donuz saxlanılmasına xəstə kimi gözünü döyüb baxan ölkələrin İsalam təşkilatına da Azərbaycan can verib sağaltdı. Şərqdən Qərbə yayılmış Böyük Türk torpaqlarında dünya güc mərkəzlərinin, kapital sahiblərinin dirijorluğu ilə yallı gedən Türk dövlətlərini də Azərbaycan bir yerə yığıb öz türkülərini oxumağın vacibliyini anlatdı.
Azərbaycan 50 milyonluq azərbaycanlının ata ocağı, 200 milyonluq Türkün təsüb, birlik dağı, 8 milyardlıq dünyanın insanlıq, ədalət və qürur, sülh yaylağıdır.
Azərbaycan yalnız müstəqil dövlət deyil, ləyaqətlə qonşuluq edən, dünya dövlətlərinə qarşı beynəlxàlq hüquq, ədalət meyarları ilə yanaşan Sözü bütöv, köməyi realist dövlətdir. Hansı ki, bəzi hallarda xəyanətlər laqeyidliklər görüb. Azərbaycan dövlətinin, xalqının maraqları bütün vətəndaşlar, dünya Azərbaycanlıları üçün , özünü əsl türk sayanlar üçün müqəddəsdir! O maraqlarda, o bayraqda şəhid qanı, tariximizin qüruru, ləyaqətli nöqtələri vardır. Hamı ona hörmətlə yanaşmalıdır!
SADIQ QARAYEV