İlham Əliyevin "İki super güc var - Amerika və Çin, üçüncü yoxdur" sözlərini təftiş etmək istəyənlər sual edir - Niyə Rusiyanın adını çəkmədi?...Guya öz aləmlərində ya Rusiyanı Azərbaycanın üstünə qızışdırmağa çalışır, ya da Rusiyanın hazırkı anda super güc olmadığını anlaya bilmirlər...
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Prezident Əliyev məgər düz demədi?!... Məgər Rusiya indi supergücdür? Nə vaxtsa super güc olub, bu statusu itirib, bəlkə nə vaxtsa yenə super gücünü bərpa edəcək. Fəqət hazırkı anda super güc deyil… Bunu qəbul edin...
Rusiyanı super güc sayanların arqumenti nədir? Dövlətin başçısı bir-iki ölkədən başqa heç hara gedə bilmir, həbs olunmaqdan qorxur, neft ölkəsi olduğu halda benzin idxal edir, başdan ayağa sanksiya altındadır, müttəfiqini göydən enərək vertolyota basıb aparırlar, başqa bir müttəfiqi ölkədən qaçmağa məcbur olur, yoxsulluq baş alıb gedir və sair…
Belə super dövlət olar?!
Prezident Əliyev bəlkə düz demədi?!
Trampı, ya Çin liderini həbs etməyə qalxan bir dövlət ola bilərmi?! Basıb onun gözünü çıxararlar... Super güc belə olur…
Bizim prezidentimiz "iki super güc, 3-cü yoxdur" tezisində tam haqlıdır...
Tahir TAĞIYEV