Ötən həftə sərnişin təyyarəsini qaçırmağa cəhd edən “Flydubai” şirkətinin ikinci pilotu onu İsrail hava limanında qəzaya uğratmağı planlaşdırıb.
“Reuters” agentliyinin verdiyi məlumata görə, BƏƏ-də müstəntiqlər tərəfindən dindirilmə zamanı pilot təyyarəni Təl-Əviv yaxınlığındakı Ben Qurion hava limanına çırpmaq niyyətində olduğunu etiraf edib.
İstintaqla tanış olan mənbələrə görə, həmin şəxs bu planı “Flydubai” şirkətində işə götürülməzdən əvvəl qurub. O, İsrailə müntəzəm uçuşlar həyata keçirən aviaşirkətlərdə qəsdən iş axtarıb.
Məlum oldu ki, pilot bu ilin əvvəlində Təl-Əvivə uçub və təyyarəni qaçırıb yerə çırpmağı planlaşdırıb. Lakin o, son anda plandan imtina edib.
“Reuters” yazır ki, qərarın dəyişdirilməsinin dəqiq səbəbi hələ də məlum deyil, lakin həmin təyyarədəki sərnişinlər arasında hücumçunun şəxsən tanıdığı bir şəxs olub.
Tahir TAĞIYEV