Rusiya Ukrayna və Moldova arasındakı Palanca-Mayaki-Udobne sərhəd keçid məntəqəsinə zərbə endirib. Hücum nəticəsində bir sərnişin avtobusuna zədələnib, bir sərhədçi isə yüngül xəsarət alıb.
Ştefan Vodă rayonundakı R-30 və R-31 yollarının qovşağından Palanca istiqamətində nəqliyyatın hərəkəti hadisə yerində araşdırma başa çatana qədər müvəqqəti olaraq dayandırılıb.
Moldovanın Sərhəd Polisinin məlumatına görə, hadisə 5 oktyabr saat 09:38 radələrində baş verib. "Sərhəd Polisi, Gömrük Xidməti ilə birlikdə vəziyyəti nəzarətdə saxlamaq üçün davamlı olaraq izləyir və Ukrayna hakimiyyəti ilə əlaqə saxlayır", - deyə açıqlamada bildirilir.
Tahir TAĞIYEV