Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

Image


Telefonun ekranında bir neçə düyməyə toxunursan, kredit məbləğini seçirsən və pul hesabına köçürülür. Sürətli və rahat görünən bu proses bəzən insanı fərqinə varmadan yeni borc öhdəliyinin içinə sala bilir. Azərbaycanda isə indi bu prosesi yavaşıtmaq istəyirlər. Yəni məsafədən istehlak krediti götürmək daha əvvəlki qədər sürətli olmayacaq.

Oktyabrın 1-dən məsafədən istehlak kreditlərinin verilməsi ilə bağlı yeni qaydalar qüvvədədir. Azərbaycan Mərkəzi Bankının (AMB) qərarına əsasən, vətəndaş banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) yazılı müraciət edərək öz adına məsafədən istehlak krediti verilməsinə və ya kredit limitinin artırılmasına məhdudiyyət qoya bilər. Həmin şəxs sonradan məsafədən kredit götürmək və ya kredit limitini artırmaq üçün müraciət etdikdə, bank və ya BOKT müştərini bu barədə dərhal məlumatlandıracaq. Üstəlik, kredit təsdiqləndikdən sonra pul da dərhal hesaba köçürülməyəcək. Məbləğ minimum əmək haqqının iki mislindən çox olduqda vəsait 24 saat sonra təqdim olunacaq. Vəsait minimum əməkhaqqının iki mislinədək olduqda isə pul müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən iki saat sonra veriləcək. Beləliklə, rəsmilərin ritorikasında bu dəyişikliyin amalı ani kredit qərarlarının qarşısına əlavə vaxt və təsdiq mexanizmi qoymaqdır. Məcburi ehtiyaclarına görə kredit götürdüyünü, artıq beş ildir borcu borcla ödədiyini deyən Xatirə adlı şəxs isə “Azadlıq” radiosuna dəyişikliklərin heç də hamıya sərf etməyəcəyini söyləyir: "Mənim təcili pula ehtiyacım olanda iki saat, ya da bir sutka gözləmək çətin olacaq. Bəzən bir krediti bağlamaq üçün digər kreditə möhtac qalırsan. İndi deyirlər ki, aktiv kreditin varsa, yenisini götürə bilməyəcəksən, üstəlik, üç iş günü də gözləməlisən. Bəs həmin müddətdə borcumu necə ödəyim? Mən artıq borca düşmüşəmsə, yeni kreditin qarşısını almaqla problem həll olunmur, axı. Əsas məsələ odur ki, bu borcdan necə çıxım. Gəlirim borclarımdan dəfələrlə azdır, buna görə də bəzən məcbur olursan ki, yeni kredit alasan". Bu dəyişiklik ölkədə kredit bazarının genişləndiyi bir dövrdə tətbiq olunur. 2026-cı ilin yanvarından avqustunadək ölkə üzrə ümumi kredit portfeli 2 milyard 844.1 milyon manat və ya 9.49 faiz artaraq 29 milyard 980.1 milyon manatdan 32 milyard 824.2 milyon manata yüksəlib. Həmin dövrdə istehlak kreditlərinin məbləği 8.86% artıb. İstehlak kreditləri vətəndaşların şəxsi ehtiyacları – müxtəlif mal və xidmətlərin alınması, təmir və digər xərclərin qarşılanması məqsədilə götürdüyü kreditlərdir. AMB-nin məlumatına əsasən, yanvarda 9 milyard 425 milyon manat olan istehlak kreditinin həcmi avqustda 10 milyard 261.2 milyon manata çatmaqla 835.3 milyon AZN artıb. Bu rəqəmlər Azərbaycandakı 21 bankın ümumi göstəriciləridir. Əslində, ölkədə son illər istehlak kreditləri durmadan artır. Elə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak kreditlərində təqribən 1 milyard manat artım var. Kredit bazarındakı proseslər yalnız banklarla məhdudlaşmır. Bank olmayan kredit təşkilatları da istehlakçılara kredit ayıran əsas maliyyə institutlarından biridir. BOKT-ların kredit bazarındakı payı da artır. Mərkəzi Bankın məlumatına görə, 2026-cı il avqustun 1-nə BOKT-ların verdiyi kreditlərin ümumi həcmi 2 milyard 59.8 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17.1 faiz çoxdur. BOKT-ların ölkədə ümumi kredit qoyuluşunda payı isə 6 faizə çatıb. Həmin tarixdə ölkədə 53 BOKT fəaliyyət göstərirdi. Oktyabrın 10-dan BOKT-ların verdiyi gündəlik kreditlər üçün digər qaydalar da qüvvəyə minəcək. Gündəlik kreditlər maksimum 500 manat və 45 gün müddətinə verilə bilər. Buna maksimum 0.3 faiz tətbiq oluna bilər. Borcunu vaxtında ödəyə bilməyən şəxs borcun 20 faizini ödəməklə qalan məbləği bir dəfə, maksimum 45 gün müddətinə uzada biləcək. Bu zaman əlavə gecikmə faizi və cərimə tutulmayacaq. Kredit üzrə əlavə xərclərin ümumi məbləği də götürülən borcun 100 faizindən çox ola bilməz. Məsələn, 100 manat kredit götürən şəxs ümumilikdə 200 manatdan artıq ödəməməlidir. Bundan başqa, aktiv gündəlik krediti olan şəxsə yeni gündəlik kredit verilə bilməz. Kredit tam bağlandıqdan sonra yeni gündəlik kredit üçün üç iş günü gözləmək lazım olacaq. Gündəlik kredit üçün ev və ya avtomobil kimi əmlakın girov qoyulması da tələb edilə bilməz.

Mərkəzi Bankın BOKT-lara nəzarət departamentinin direktoru Xəyyam İsmayılov da bildirib ki, bu qurumların regionlarda təmsilçilik səviyyəsi bəzi banklarla müqayisədə daha yüksəkdir. 2025-ci ildə Azərbaycan BOKT-larının kredit portfeli 1 milyard 45.1 milyon manat təşkil edib. BOKT-ların kredit portfeli 2024-cü ilin eyni dövrü ilə müqayisədə 236.8 milyon manat və ya 29.3 faiz artıb. Bu arada, 2015-ci ildə baş verən iki devalvasiyaya qədər Azərbaycanda BOKT-ların sayı 160-a bərabər idi. Bu yaxınlarda bəzi BOKT-ların lisenziyası ləğv edilib və onların sayı 51-ə düşüb. Amma bu rəqəmlərin arxasında sadəcə milyardlarla manatlıq kredit portfeli deyil, ayın sonunu borc içində başa vuran insanlar dayanır. Bəziləri bir krediti ödəmək üçün digərinə üz tutur. Beləcə, borcu borcla bağlamağa çalışan vətəndaş özünü borc içində çabalayan vəziyyətdə tapır. “Azadlıq” radiosuna danışan H.Quliyevin hazırda bank və BOKT-lara ümumilikdə 12 min manatdan çox borcu var. Deyir, əvvəlcə müəyyən xərclərini qarşılamaq üçün kredit götürüb. Sonra ödənişlər çətinləşib, borcu bağlamaq əvəzinə kredit yükü daha da artıb. İndi isə bir neçə ayrı quruma olan borclarla yanaşı, aylarla davam edən gecikmələrlə üz-üzədir: "Hazırda bir çox yerə borcum var. Bəzi xərclərim üçün əvvəlcə 7 min manat kredit götürdüm. Ödəyə bilmədim, sonra kredit məbləğini artırdım. Nəticədə borcum 15 min manata çatdı. İndi 8 min qalıb, amma iki aylıq da gecikməm var, təxminən 530 manat ödəməliyəm. Amma iki aydır ödəyə bilməmişəm". H.Quliyevin dediyinə görə, banklar əməkhaqqına görə və gecikmələr əsasında kredit təyin edir: "Banklar hesablayır ki, vətəndaş kreditini ödəyəndən sonra dolana bilmək üçün cibində bəs edəcək qədər pulu qalır. BOKT-lara müraciətdə isə özün anket doldurursan və oradakı məlumatlara əsasən kredit ayrılır". Bank məsələləri üzrə ixtisaslaşmış iqtisadçı Rəşad Həsənovun fikrincə, məsafədən kreditlə bağlı oktyabrın 1-dən qüvvəyə minən tələblər müştəri hüquqlarının müdafiəsinə yönəlikdir. O bildirir ki, istehlak bazarında bu sahə üzrə kreditlərin verilməsində onlayn metodların tətbiqinin genişlənməsinin qarşısı alına bilər. R.Həsənov deyir ki, bəzi satıcılar məhsulların kreditlə satışını həyata keçirmək üçün BOKT-larla əməkdaşlıq edir: "Buna görə də vətəndaş bu şəraitdə fərqli-fərqli kredit təşkilatlarına borclana bilər. Bu kredit təşkilatları isə yüksək riskli kreditləşməyə meylli ola bilirlər. Bu da müəyyən qədər banklardan kredit əldə edə bilməyən insanların kredit təşkilatlarından kredit götürməsi imkanını formalaşdırır". Elə Azərbaycandakı yeni qaydalar da əsasən BOKT yolu ilə kredit götürmə anını yavaşlatmağa yönəlib. Xarici təcrübədə isə bu yanaşma daha genişdir. Avropa İttifaqında istehlakçıya kredit müqaviləsindən 14 gün ərzində geri çəkilmək hüququ verilir. Belə olduqda da vətəndaş yalnız istifadə olunan günlər üçün faiz ödəyir. Norveçdə bank yeni kredit verməzdən əvvəl şəxsin mövcud istehlak borcları və kredit limitləri barədə məlumat əldə edə bilir. Norveçdə kreditin "tez və asan" əldə olunması ayrıca marketinq üstünlüyü kimi təqdim edilə bilməz. Qanunvericilik kredit reklamlarında pulun tez əldə olunması, sorğuya sürətli cavab verilməsi, müraciətin asanlığı və kreditə əlçatanlığın aşağı həddi kimi amillərin ön plana çıxarılmasını qadağan edir. Bu qayda 2017-ci il iyulun 1-dən qüvvədədir. Kredit bataqlığından çıxa bilmədiyini deyən H.Quliyev ödənişləri gecikdirdiyinə görə indi borcunu borcla da bağlaya bilmir. O, az qala hər gün məhkəməyə veriləcəyi barədə təhdidlər də alır: "Krediti elə anketdə yazdıqlarıma əsasən ayırdılar. Yəni heç baxmadılar ki, bu adamın hara və nə qədər borcu var. Həmin an bu pul mənə kömək kimi görünsə də, sonradan belimi bükdü; indi bu ağır öhdəliklərin altında qalmışam".

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ