şənbə günü, 21 noyabr 2026
     

Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

Image


ABŞ və Rusiya Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar çərçivəsində azəbaycanlı milyarder Vahid Ələkbərova məxsus “LUKoyl” şirkətinin dünya üzrə milyardlarla dollar dəyərində neft aktivlərini əhatə edən mümkün sövdələşməni müzakirə edir. Söhbət Kamerundakı neft yataqları, Avropadakı neft emalı zavodları və ABŞ-ın Nyu-Cersi ştatındakı yanacaqdoldurma məntəqələri də daxil olmaqla müxtəlif aktivlərdən gedir. Razılaşmanın həyata keçməsi üçün həm ABŞ hökumətinin, həm də Kremlin razılığı tələb olunur.

“The New York Times”un məlumatına görə, sövdələşməni təşviq edən qrupda amerikalı milyarder və investor Todd Boeli, həmçinin Cared Kuşner və Stiven Uitkoffun tərəfdaşlıq etdiyi iki Yaxın Şərq strukturu və ABŞ hökumətinin bir qurumu yer alır. Qəzet Kuşner və Uitkoffun şəxsən bu sövdələşmədən faydalanacağına dair əlamət olmadığını vurğulayır.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 5-də Uitkoff və Kuşnerlə Kremldə görüş zamanı sövdələşmə məsələsini qaldırıb və bunun Rusiya ictimaiyyətinə ABŞ-la biznes əlaqələrinin mümkünlüyünü nümayiş etdirə biləcəyini bildirib. Sazişin taleyi əsasən Putin və ABŞ Prezidenti Donald Trampın qərarından asılıdır. White House, ABŞ Maliyyə Nazirliyi və “LUKoyl” isə NYT-nin sorğusuna cavab verməyib.

Bu sövdələşmənin reallaşması ABŞ-Rusiya münasibətləri, qlobal neft bazarı və Ukrayna müharibəsi ətrafında aparılan danışıqlarda hansı nəticələrə gətirib çıxara bilər?

ABŞ-ın Rusiyanın neft sektoruna qarşı tətbiq etdiyi sanksiyalar fonunda LUKoyl-un xaricdəki aktivlərinin taleyi həm Rusiya-ABŞ münasibətlərində, həm də dünya neft bazarında diqqət mərkəzinə çevrilib. LUKoyl-un xarici aktivlərinin satışının gündəmə gəlməsi ilk baxışdan Rusiya şirkətinin böyük həcmdə vəsait əldə etməsi kimi qiymətləndirilə bilər. Lakin məsələ daha mürəkkəbdir. Sanksiyalar şəraitində satışdan əldə olunan vəsaitin istifadəsi ciddi şəkildə məhdudlaşdırılır və bu səbəbdən əsas iqtisadi qazancı, Rusiyadan daha çox, aktivləri əldə edən şirkətlərin əldə edə biləcəyi bildirilir.

Abutalıb Səmədov: “Rusiyanın burada elə bir qazancı yoxdur, əsas qazancı ucuz qiymətə alacaq şirkətlər götürəcək”

İki

Politoloq Abutalıb Səmədov məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə müsahibəsində bildirib ki, ABŞ Prezidenti Donald Tramp uzun müddət Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən çəkinsə də, 2025-ci il oktyabrın 22-də LUKoil və “Rosneft”ə qarşı məhdudiyyətlər tətbiq edib. Onun sözlərinə görə, bu iki şirkət Rusiyanın neft ixracının təxminən yarısını təmin etdiyindən, sanksiyalar Rusiya üçün ciddi problemlər yarada bilər.

Politoloq qeyd edib ki, Avropa İttifaqının da sonrakı sanksiya paketinə LUKoil və “Rosneft”lə bağlı məhdudiyyətləri daxil etməsi vəziyyəti daha da ağırlaşdırıb. Nəticədə LUKoil xaricdəki aktivlərinin satılması imkanlarını nəzərdən keçirməyə başlayıb. Müxtəlif hesablamalara görə, şirkətin xaricdəki aktivlərinin ümumi dəyəri 20-22 milyard dollar civarında qiymətləndirilir və bu hesablamaya Qazaxıstan və Azərbaycandakı aktivlər daxil edilmir.

LUKoil aktivlərinin satışına maraq göstərən şirkətlər arasında əvvəlcə “Gunvor”un adı çəkilib. Lakin ABŞ Maliyyə Nazirliyinin bu şirkətin Rusiya ilə əlaqəli olduğunu əsas gətirərək razılaşmaya icazə verməməsi prosesin istiqamətini dəyişib. Bundan sonra aktivlərin satışının sadəcə kommersiya sövdələşməsi olmadığı, eyni zamanda ABŞ-ın Rusiya ilə danışıqlarda istifadə edə biləcəyi siyasi və iqtisadi təzyiq alətinə çevrildiyi barədə mülahizələr ortaya çıxıb.

Abutalıb Səmədovun sözlərinə görə, LUKoil aktivlərinin satılması Rusiyaya birbaşa maliyyə qazancı gətirməyə bilər. Çünki sanksiyalar altında əldə ediləcək vəsaitdən istifadə məsələsi ABŞ Maliyyə Nazirliyinin qərarından asılıdır. Sanksiyalar aradan qaldırılmadığı müddətdə həmin vəsaitin Rusiyaya sərbəst şəkildə ötürülməsi mümkün deyil. Bu baxımdan, aktivlərin satılması Rusiyanın sərəncamında olan real maliyyə resurslarını artırmaqdan daha çox, sanksiyaya məruz qalmış aktivlərin strukturunu dəyişə bilər.

Politoloq hesab edir ki, ABŞ administrasiyasının prosesi uzatmasının arxasında həm neft bazarındakı sabitliyi qorumaq, həm də Rusiyaya qarşı təzyiq imkanını saxlamaq məqsədi dayanır. Çünki LUKoil kimi böyük şirkətin xarici aktivlərinin birdən-birə bazara çıxarılması neft sektorunda əlavə qeyri-müəyyənlik yarada bilər. Buna görə də ABŞ hökuməti müxtəlif lisenziyalar vasitəsilə prosesə nəzarəti davam etdirir.

Bu məsələnin Rusiya-Ukrayna danışıqları ilə əlaqəsi də getdikcə daha çox diqqət çəkir. Səmədovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin də sentyabrın 5-də Moskvada keçirilən danışıqlarda LUKoil aktivlərinin satışının sürətləndirilməsi məsələsini qaldırıb və bunu Rusiya ilə ABŞ arasında əməkdaşlığın mümkünlüyünü göstərən nümunə kimi təqdim edib. Lakin indiyədək bu istiqamətdə ciddi irəliləyiş əldə olunmayıb.

LUKoil-un aktivlərinə ABŞ şirkətləri ilə yanaşı, ərəb investorlarının da maraq göstərdiyi bildirilir. Bununla yanaşı, bəzi iddialarda əsas namizədlərin Trampın ailəsinə və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffa yaxın şirkətlər ola biləcəyi qeyd olunur. Əgər belə bir ssenari reallaşarsa, sövdələşmə təkcə enerji aktivlərinin kommersiya satışından ibarət olmayacaq, ABŞ-da siyasi və biznes maraqlarının kəsişməsi baxımından da diqqət çəkəcək.

Qazaxıstandakı LUKoil aktivlərinin taleyi isə ayrıca xüsusiyyət daşıyır. Səmədovun bildirdiyinə görə, əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, LUKOIL-un Qazaxıstandakı aktivlərinin alınmasında ilk növbədə Qazaxıstanın üstün hüququ var. Qazaxıstan tərəfi də bu aktivləri əldə etməkdə maraqlı olduğunu ifadə edib. Bu isə həmin aktivlərin digər potensial alıcılara keçməsini çətinləşdirə bilər.

Politoloq hesab edir ki, ABŞ hazırda prosesi bilərəkdən ləng aparır. Bir tərəfdən dünya neft bazarında kəskin qiymət dəyişikliklərinin qarşısını almaq üçün LUKoil-a verilmiş müəyyən lisenziyaların müddəti uzadılır, digər tərəfdən isə Rusiya üzərində iqtisadi təzyiq saxlanılır. Bu səbəbdən aktivlərin satışının Rusiya-Ukrayna sülh danışıqları ilə eyni vaxta düşməsi də mümkündür.

LUKoil-un xarici aktivlərinin satılması baş tutacağı təqdirdə bunun dünya neft bazarına təsirinin mütləq mənada mənfi olması gözlənilmir. Əksinə, aktivlərin yeni şirkətlərin nəzarətinə keçməsi və onların fəaliyyətinin sanksiya məhdudiyyətlərindən azad olması neft hasilatı və ixracının daha sabit şəkildə davam etdirilməsinə imkan yarada bilər. Bu isə bazarda təkliflə bağlı narahatlıqları azaldaraq neft qiymətlərinə aşağı istiqamətdə təsir göstərə bilər.

Lakin hazırda Tramp administrasiyasının əsas prioritetinin, neft qiymətlərinin aşağı salınmasından daha çox, Rusiya üzərində təzyiqi saxlamaq və Moskvanı Rusiya-Ukrayna danışıqlarında müəyyən güzəştlərə sövq etmək olduğu görünür. Neft qiymətlərinin aşağı düşməsi ABŞ-da inflyasiya və seçici davranışı baxımından administrasiyanın maraqlarına uyğun ola bilər, lakin Vaşinqton bunun üçün Rusiya ilə bağlı əsas siyasi məqsədlərini ikinci plana keçirməyə tələsmir.

Bu mənada LUKoil aktivlərinin taleyi yalnız bir Rusiya şirkətinin xaricdəki əmlakının satışı məsələsi deyil. Burada enerji bazarı, sanksiyalar siyasəti, Rusiya-Ukrayna danışıqları və ABŞ-ın iqtisadi maraqları bir-biri ilə kəsişir. Ən mühüm məqam isə ondan ibarətdir ki, aktivlərin satılması halında Rusiyanın həmin 20-22 milyard dollarlıq sərvətdən birbaşa faydalanması avtomatik baş verməyəcək. Əsas iqtisadi qazancı bu aktivləri sanksiya rejiminin yaratdığı şəraitdə daha aşağı qiymətə əldə edə biləcək yeni sahiblərin götürməsi ehtimalı daha yüksəkdir.

Bu səbəbdən LUKoil aktivlərinin kimə satılacağından daha vacib məsələ həmin satışın hansı şərtlərlə həyata keçiriləcəyidir. Əgər aktivlər ciddi endirimlə satılarsa, sövdələşmənin əsas iqtisadi üstünlüyü Rusiyaya deyil, alıcı şirkətlərə keçəcək. ABŞ administrasiyasının isə bu proses üzərində nəzarəti saxlaması ona həm enerji bazarına, həm də Moskva ilə aparılan danışıqlara təsir etmək üçün əlavə imkan verir.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16 qırıcısını vurduğunu iddia edir – Pentaqondan açıqlama...

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ