Çin beynəlxalq hüquqda heç bir əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalaşdırılmayan qanunsuz birtərəfli sanksiyalara qarşı çıxır. Bunu ABŞ-;n İrana qarşı yeni sanksiyalarına münasibət bildirərkən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib.
Sözçü maraqlı tərəfləri məsuliyyətlə davranmağa və siyasi və diplomatik vasitələrlə həll yolları axtarmağa çağırıb.
Çin XİN sözçüsü Lin Jian bu açıqlamanı ABŞ Maliyyə Naziri Skott Bessentin Vaşinqtonun İrana qarşı "tarixin ən sərt sanksiyalarını" tətbiq edəcəyi və Çini ABŞ ilə əməkdaşlığa çağıracağı barədə açıqlaması ilə bağlı suala cavab olaraq keçirdiyi brifinqdə bildirib.
Lin Jian vurğulayıb ki, Çin hərbi vasitələrin, sanksiyaların və təzyiqin həll yoluna töhfə vermədiyi barədə mövqeyini daim qoruyub saxlayır. Əksinə, bunlar yalnız gərginliyi artırır və vəziyyəti daha da gərginləşdirir ki, bu da heç bir tərəfin maraqlarına uyğun deyil: "Biz fikir ayrılıqlarını və mübahisələri dialoq və məsləhətləşmələr yolu ilə həll etməyə çağırırıq".
Tahir TAĞIYEV