"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Ermənistanda baş verən son proseslərlə bağlı paylaşım edib.
A.Quliyev yazır:
Ermənistan hökuməti 2026-31-ci illəri əhatə edən 5 illik Proqramı parlamentin təsdiqinə verdi. Görün Proqramda nələr var? 2021-ci ildə qəbul edilmiş köhnə 5 illik Proqramdan nələr islah edildi?
1. Rusiya ilə münasibətlərə dair " müttəfiqlik münasibətləri" və "strateji tərəfdaşlıq " terminləri ümumiyyətlə Proqramdan çıxarılıb.
Əvəzində "Rusiya ilə mübasibətlərin transformasiyası" kimi söz birləşməsinə yer verilib .
2. Ermənistanın çoxtərəfli beynəlxalq əməkdaşlıq formatlarının siyahısından KTMT tamamilə çıxarılıb .Siyahıda BMT, Avropa Şurası, Avropa birliyi, Avropa Siyasi birliyi, Frankofoniya yer alıb.
3. Rusiyanın iradəsi altındakı Avrasiya İqtisadi İttifaqı KTMT kimi tam kənara atılmasa da , ayrıca istiqamət kimi göstərilib .Bunun çox sadə izahı budur ki, Rusiya ilə iqtisadi əlaqələri davam etdirmək niyyəti saxlansa da, təhlükəsizlik məsələsində istiqamət tam dəyişəcək .
4. 2021- ci il proqramında Rusiyanınn102- ci bazasının genişlənməsi və sərhəd qüvvələrinin artırılması nəzərdə tutulurdu, yeni 5 illik proqramda bu məsələlər barədə ümumən danışılmır.
5. Ən yaxın və uzaq əməkdaşlıq ediləcək ölkələrin siyahısı belə verilir.Regionda İran, Türkiyə, Azərbaycan və Gürcüstan ön sıradadır.Sonra ABŞ və Fransadır.Daha sonra isə Çin, Hindistan və Rusiya gəlir....
Paşinyan bu dəfə baltanı lap kökdən vurur.
Tahir TAĞIYEV