Türkiyə İsrail Baş naziri Binyamin Netanyahu üçün İnterpol vasitəsilə beynəlxalq həbs orderi istəmək niyyətindədir. Ədliyyə naziri Akın Gürlek cümə günü, 21 avqustda nazirliyinin Türkiyə Daxili İşlər Nazirliyindən Netanyahuya qarşı İnterpolun "qırmızı bildirişi" verməsini istədiyini açıqlayıb. Ankaranın qərarı İstanbul Ağır Cinayət Məhkəməsi tərəfindən Netanyahu üçün əvvəllər verilmiş həbs orderi ilə bağlıdır. Order, İsrailin 2026-cı ilin may ayında Qəzza zolağına humanitar yardım daşıyan Global Sumud donanmasını ələ keçirməsindən irəli gəlir. Reuters-in məlumatına görə, həmin vaxt İsrail qüvvələri beynəlxalq sularda ən azı iki Global Sumud gəmisinə atəş açmış və 40 ölkədən ümumilikdə 430 fəalı saxlamışdı. Türkiyənin ədliyyə naziri Gürlek həmçinin ölkəsinin İsraili məsuliyyətə cəlb etmək üçün bütün hüquqi yollardan istifadə edəcəyini bildirib. İsrail Baş Nazirinin Ofisi Türkiyə hakimiyyətinin ittihamlarını rədd eeərək, onların hərəkətlərini tənqid edib. Onlar Reuters-ə bildiriblər ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail rəhbərliyini və hərbi heyətini qorxutmaq üçün "acınacaqlı cəhdləri" heç nəyə gətirib çıxarmayacaq.
SAMİRƏ