Bazar ertəsi günü, 05 oktyabr 2026
     

İranla Rusiyanın bir NATO ölkəsinə birgə təcavüz ssenarisi... Realdır?

Image


NATO İranın Avropadakı hərbi obyektlərə mümkün zərbələri ilə bağlı xəbərlərdən sonra alyans üzvlərini istənilən təhdiddən qorumaq üçün lazımi addımları atmağa hazır olduğunu açıqlayıb. NATO nümayəndəsi bildirib ki, alyansın çəkindirmə və müdafiə strategiyası güclü, effektivdir və üzv ölkələrə qarşı istənilən təhdidə cavab veriləcək.

Məlumata görə, İranın mümkün hədəfləri arasında Bolqarıstan və Kiprdəki hərbi obyektlərin olduğu iddia edilir. Bolqarıstan iyul ayında ABŞ-a yanacaq doldurmaq üçün öz hava bazasından istifadə etməyə icazə verib. Kiprdə isə Böyük Britaniyaya məxsus hərbi hava bazaları yerləşir.

“Financial Times” İranın ABŞ-la yeni qarşıdurma yaranacağı təqdirdə Avropadakı bəzi hədəflərə, xüsusilə Kipr və Bolqarıstandakı obyektlərə zərbə endirmək imkanını müzakirə etdiyini yazıb. “The New York Times” isə İranın Xəzər dənizində İran gəmisinə endirilən zərbəyə cavab olaraq Ukraynadakı limanlardan birini vurmaq variantını da nəzərdən keçirdiyini, lakin sonradan bundan imtina etdiyini bildirib.

İran tərəfi Avropadakı mümkün hücumlarla bağlı yayılan xəbərləri rəsmi şəkildə şərh etməyib. Bununla yanaşı, İranın yüksək hərbi komandanlığının nümayəndəsi general Əli Abdollahi Əliabadi ABŞ-la əməkdaşlıq edən Körfəz ölkələrinə xəbərdarlıq edib və onları Vaşinqtonun İrana qarşı zərbələrinə yardım göstərməkdə ittiham edib.

Bu açıqlama Birləşmiş Ərəb Əmirliklərinin İranla bütün ticarət, kommersiya mübadiləsi və maliyyə əməliyyatlarını növbəti xəbərdarlığa qədər dayandırmaq qərarından sonra verilib. BƏƏ hakimiyyəti İranın ölkə istiqamətində iki raket buraxdığını və hücumun məqsədinin dəniz nəqliyyatını hədəf almaq olduğunu bildirib. Tehran isə bu iddiaları rədd edib.

Beləliklə, İranla ABŞ və onun müttəfiqləri arasında qarşıdurmanın coğrafi baxımdan genişlənməsi ehtimalı NATO-nun da diqqətindədir. İranın Avropadakı ABŞ və ya digər Qərb hərbi obyektlərinə zərbə endirməsi NATO üçün birbaşa təhlükəsizlik məsələsinə çevrilə və alyansın cavab tədbirləri görməsinə səbəb ola bilər.

Rusiya ilə NATO arasında gərginliyin artdığı, ABŞ kəşfiyyatının Moskvanın gələcəkdə NATO üzvü olan ölkələrdən birinə məhdudmiqyaslı hücumla alyansın reaksiyasını sınaqdan keçirə biləcəyi barədə xəbərdarlıq etdiyi, eyni zamanda İranın ABŞ-ın Avropadakı hərbi obyektlərinə zərbə endirmə ehtimalının gündəmə gəldiyi bir vaxtda belə bir ssenari nə dərəcədə realdır: Rusiya-Ukrayna və ABŞ-İran müharibələri paralel şəkildə davam edərsə, Moskva ilə Tehran arasında müəyyən koordinasiya yaranaraq NATO ölkələrinə eyni vaxtda və ya ardıcıl zərbələr endirilməsi mümkündürmü? Belə bir ssenarinin baş verməsi üçün hansı siyasi və hərbi şərtlər formalaşmalıdır, Rusiya və İranın NATO-nun reaksiyasını eyni vaxtda sınamaq üçün marağı nə dərəcədə ola bilər və belə bir hücum NATO-nun 5-ci maddəsinin işə salınmasına, daha geniş Rusiya-NATO və İran-Qərb qarşıdurmasına gətirib çıxara bilərmi?

Akif Nağı: “İranla Qərb arasında genişmiqyaslı müharibə ehtimalı hazırda yüksək deyil”

Akif Nağı:

Siyasi şərhçi Akif Nağı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın İrana qarşı yeni və daha sərt sanksiyalar tətbiq edərək Tehranı iqtisadi cəhətdən çökdürmək cəhdi son dövrlər daha intensiv müzakirə olunur. İran da buna cavab olaraq sərt və bəzən ironik bəyanatlar verir, hətta Kaliforniya ilə bağlı mövzulardan istifadə edərək istehzalı açıqlamalar səsləndirir. Bu fonda bir neçə mümkün ssenari ortaya çıxır.

Nağının sözlərinə görə, ABŞ-ın bu istiqamətdə ciddi maneələri var. Trampın siyasətindən narazı olan bir sıra Avropa və digər Qərb ölkələri Vaşinqtonun İrana qarşı sərt xəttinə həmişə tam dəstək verməyib. Əksinə, bəzi hallarda İranla danışıqlar üçün şəraitin yaradılması və müəyyən güzəştlər istiqamətində mövqe nümayiş etdiriblər. Bu amil hazırkı vəziyyəti formalaşdıran əsas faktorlardan biridir.

Ekspertin fikrincə, prosesə təsir edən digər mühüm amil Rusiyadır. Moskva ilə Tehran arasında münasibətlər strateji xarakter daşıyır, lakin bunun müttəfiqlik səviyyəsinə nə dərəcədə çatdığı ayrıca müzakirə mövzusudur. Əsas sual Rusiyanın İran–ABŞ qarşıdurmasında hansı mövqeyi tutacağıdır.

“Rusiya, şübhəsiz ki, İranla ABŞ arasında genişmiqyaslı hərbi qarşıdurmanın yaranmasını öz maraqları baxımından arzu edə bilər. Çünki belə bir münaqişə ABŞ-ın diqqətini Ukraynadan yayındıra və resurslarını başqa istiqamətə yönəldə bilər. Lakin eyni zamanda Rusiya İran–ABŞ müharibəsinin həddindən artıq genişlənməsində maraqlı deyil. Çünki belə bir müharibənin nəticələrini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil”, - deyə Akif Nağı qeyd edib.

Şərhçinin sözlərinə görə, Əfqanıstan təcrübəsi göstərdi ki, ABŞ-ın hər hansı ölkəyə birbaşa quru müdaxiləsi asan proses deyil. İran üçün bu, daha da mürəkkəbdir. Ölkənin böyük ərazisi, mürəkkəb coğrafiyası və asimmetrik müharibə, diversiya, müxtəlif silahlı qruplardan istifadə imkanları Vaşinqton üçün ciddi risklər yaradır. Bu səbəbdən ABŞ-ın İran ərazisinə genişmiqyaslı quru əməliyyatına getməsi ehtimalı aşağı görünür.

Buna görə də Vaşinqton daha çox iqtisadi və siyasi təzyiq alətlərinə üstünlük verir: sanksiyalar, maliyyə məhdudiyyətləri, neft ixracına təzyiq. Bu, ABŞ üçün daha az riskli yoldur.

Akif Nağı əlavə edib ki, hətta ABŞ İranın nüvə obyektlərinə məhdud hərbi zərbələr endirsə belə, bunun genişmiqyaslı müharibəyə çevrilməsi Vaşinqton üçün arzuolunan deyil. Çünki İranın cavabı İsrailə, regiondakı ABŞ bazalarına və tərəfdaşlarına yönələ və vəziyyət nəzarətdən çıxa bilər.

“Suriyada da oxşar yanaşmanın şahidi olduq. ABŞ birbaşa müdaxilə əvəzinə müxtəlif qüvvələrə dəstək verməklə maraqlarını təmin etməyə çalışdı. İran məsələsində də oxşar ssenarinin tətbiqi daha realdır”, - deyə o vurğulayıb.

Ekspertin qiymətləndirməsinə görə, Rusiya prosesə kənardan baxaraq İranı siyasi, hərbi və texniki cəhətdən dəstəkləyə bilər. Amma Moskvanın ABŞ-la İran uğrunda birbaşa müharibəyə girməsi ehtimalı çox aşağıdır. Rusiyanın əsas məqsədi ABŞ resurslarının müxtəlif cəbhələrə bölünməsi və bunun Ukrayna cəbhəsində manevr imkanı yaratmasıdır.

Akif Nağı yekun olaraq bildirib ki, hazırda İranla Qərb arasında genişmiqyaslı müharibənin başlama ehtimalı yüksək deyil. Daha real ssenari məhdud hərbi zərbələr, güclü iqtisadi sanksiyalar, siyasi təzyiq, kəşfiyyat və diversiya fəaliyyəti, eləcə də regiondakı proksi qüvvələr vasitəsilə aparılan mübarizədir.

“Əsas məsələ budur ki, bütün tərəflər bir-birinin növbəti addımını gözləyir. ABŞ, İran və Rusiya üçün də genişmiqyaslı müharibənin nəticələri qeyri-müəyyəndir. Ona görə də maksimum təzyiq göstərsələr də, tərəflər birbaşa və uzunmüddətli hərbi qarşıdurmadan çəkinəcəklər”, - deyə siyasi şərhçi vurğulayıb.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ