"Azərbaycanın özü üçün də real fürsət anı yaranıb. Azərbaycan və Ermənistan hər iki tərəf arasında dialoq və davamlı qarşılıqlı əlaqəyə əsaslanan dayanıqlı sülhə doğru addımlar atırlar. Bu vəziyyət daha geniş regionda yeni ticarət, investisiya və bağlantı imkanlarını yaratmaq potensialına malikdir. Cəmi iki həftə əvvəl Vaşinqton Zirvə Görüşünün birinci ildönümünü qeyd etdik. Sülhə doğru bu tarixi addımın atılmasında göstərilən siyasi liderliyi yüksək qiymətləndiririk. Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub. Sərhədlərin delimitasiyası işləri, Azərbaycanın Ermənistana enerji təchizatı və sərhədlərarası "Sülh Körpüsü" təşəbbüsü də daxil olmaqla, bu praktik addımları alqışlayırıq. Nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin yenidən açılması Azərbaycan və Ermənistan arasında sülhün bütün regiona daha çox rifah və təhlükəsizlik gətirməsini təmin etməyə yardımçı ola bilər. Birləşmiş Krallıq davamlı infrastruktur və daha əhatəli Orta Dəhliz üçün Britaniya təcrübəsi, investisiya və maliyyələşdirməsi də daxil olmaqla, layihənin praktik baxımdan tətbiqini dəstəkləməyə hazırdır". Bu fikirləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında bildirib.
İradə SARIYEVA