Cümə günü, 06 noyabr 2026
     

“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Image


Avqustun 20-də "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyi (DSD İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Dənizçi şəhid ailələri ilə iş" layihəsi çərçivəsində növbəti, 4-cü tədbirini keçirib.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) İstehsalat Xidmətləri İdarəsinin akt zalında keçirilən tədbirdə idarənin əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ekspertlər və digər qonaqlar iştirak ediblər.
DSD İB-nin Analitik-İnformasiya Bölməsindən verilən məlumata görə, tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin İstehsalat Xidmətləri İdarəsinin baş mühasibi və idarə rəisi vəzifəsini müvəqqəti icra edən Elməddin Əliyev iştirakçıları və qonaqları salamlayıb. O, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyinə təşəkkürünü bildirərək, "Dənizçi şəhid ailələri ilə iş" layihəsinin əhəmiyyətindən və aktuallığından danışıb.
Daha sonra tədbiri idarə etmək və layihənin məqsəd və məziyyətləri barədə məlumat vermək üçün söz DSD İB-nin İdarə Heyətinin sədri, layihə rəhbəri, gəmi kapitanı və şair Faiq Balabəyliyə verilib.
Faiq Balabəyli çıxışında "Dənizçi şəhid ailələri ilə iş" layihəsinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirildiyini diqqətə çatdırıb. Layihənin əsas məqsədinin dənizçi şəhid ailələrinin sosial, mədəni və hüquqi baxımdan maarifləndirilməsi, onların problemlərinin və ehtiyaclarının öyrənilməsi, müvafiq ekspert rəylərinin dinlənilməsi və bu istiqamətdə ictimai məlumatlılığın artırılması olduğunu bildirib.
Layihə rəhbəri qeyd edib ki, Azərbaycan dənizçiləri ölkə iqtisadiyyatının inkişafı və möhkəmlənməsində mühüm rol oynamaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması uğrunda mübarizədə də fədakarlıq və qəhrəmanlıq nümunələri göstəriblər. O, dənizçilərin Azərbaycanın müasir tarixinin mühüm mərhələlərində göstərdikləri xidmətlərin, xüsusilə şəhid və qazi dənizçilərin şücaətinin cəmiyyətə çatdırılmasının və gələcək nəsillərə nümunə kimi təqdim edilməsinin vacibliyini vurğulayıb.
Faiq Balabəyli şəhid dənizçilərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, DSD İB tərəfindən bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir və layihə çərçivəsində keçirilən görüşlər dənizçi şəhid ailələri ilə daha yaxından ünsiyyət qurmaq, onların sosial və ictimai məsələlərini diqqətdə saxlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Çıxışında İstehsalat Xidmətləri İdarəsinin Azərbaycan gəmiçiliyinin strateji əhəmiyyət daşıyan strukturlarından biri olduğunu qeyd edən Faiq Balabəyli idarə əməkdaşlarının ölkənin müdafiəsi və ərazi bütövlüyünün təmin olunması istiqamətində göstərdikləri xidmətlərdən bəhs edib. O, kollektivdə şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının fəaliyyət göstərməsinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə Beynəlxalq "ALAŞ" Ədəbiyyat mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı, Sabir adına Şəhər Mərkəzi Kitabxanasının direktoru Aliyə Hüseynli, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, ekspert Fuad Hüseynzadə, eləcə də şəhid dənizçi ailələrinin üzvləri və qazi dənizçilər çıxış ediblər.
Çıxışlarda şəhid ailələri və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının əhəmiyyətindən, bu istiqamətdə həyata keçirilən sosial siyasətin nəticələrindən, həmçinin ASCO tərəfindən şəhid ailələrinin və müharibə iştirakçılarının diqqətdə saxlanılması istiqamətində görülən işlərdən söz açılıb.
Natiqlər "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Dənizçi şəhid ailələri ilə iş" layihəsini yüksək qiymətləndirərək, bu cür təşəbbüslərin şəhid ailələrinin sosial-mədəni həyatında, onların maarifləndirilməsində və cəmiyyətlə əlaqələrinin daha da möhkəmləndirilməsində mühüm rol oynadığını bildiriblər.
Tədbirin sonunda layihə rəhbəri Faiq Balabəyli bildirib ki, layihənin fəaliyyət planına uyğun olaraq dənizçi şəhid ailələrinin sosial, mədəni və hüquqi baxımdan maarifləndirilməsinə, onların üzləşdiyi məsələlərin diqqətdə saxlanılmasına və bu istiqamətdə ictimai müzakirələrin aparılmasına xüsusi önəm verilir. O, layihə çərçivəsində nəzərdə tutulan 4 tədbirin hər birinin uğurla həyata keçirildiyini qeyd edib.
Faiq Balabəyli vurğulayıb ki, "Dənizçi şəhid ailələri ilə iş" layihəsi çərçivəsində keçirilən görüşlər dövlətin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğının, eləcə də dənizçilik sahəsində çalışan həssas qrupların daim diqqətdə saxlanılmasının vacibliyini bir daha nümayiş etdirir.
DSD İB-nin layihə çərçivəsində fəaliyyətini davam etdirəcəyini bildirən layihə rəhbəri qeyd edib ki, mütəxəssis və ekspertlərin rəyləri dinlənilməklə, şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial əhəmiyyətli məsələlər ictimaiyyətin diqqətinə çatdırılacaq. Eyni zamanda, dövlətimizin bu istiqamətdə həyata keçirdiyi sosial siyasət və görülən işlərin ictimaiyyətə təqdim olunması davam etdiriləcək.
Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkilib, şəhid ailələrinə və tədbir iştirakçılarına hədiyyələr təqdim olunub.
Tural Balabəyli
"DSD" İB-nin layihə üzrə Analitik-İnformasiya Bölməsinin rəhbəri



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ