Ukraynanın müdafiə qüvvələri avqustun 21-dən 22-nə keçən gecə Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərindəki Ozon bazarının logistika mərkəzinə zərbə endirib.
Rusiya mediası xəbər verir ki, pilotsuz təyyarənin hücumundan sonra kompleksdə güclü yanğın başlayıb.
Hücumla bağlı yayılmış bir videoda logistika mərkəzi yaxınlığında atəşsəsləri eşidilir. Bildirilir ki, Rusiya qüvvələrinin dronu zərəsizləşdirmək üçün atəş açıblar, ancaq hücumun qarşısını ala bilməyiblər.
Çapayevskdəki logistika mərkəzi 135 min kvadrat metr sahəni əhatə edir və Volqa bölgəsindəki ən böyük anbar obyektlərindən biridir. Tikintisinə təxminən 5 milyard rubl (təxminən 60,5 milyon ABŞ dolları) xərclənib.
Ozon, Wildberries-dən sonra Rusiyanın ikinci ən böyük onlayn bazarıdır.
Tahir TAĞIYEV