ABŞ prezidenti Donald Tramp, noyabr ayında keçiriləcək aralıq konqres seçkilərində respublikaçılar uduzarsa, demokratların onun barəsində impiçment qərarı verəcəyinə əmindir. "Əgər aralıq seçkilərdə uduzsaq, mən impiçment olunacağam. Onlar (Demokratlar - TASS) məni impiçment edəcəklər. Və onlar hətta səbəbini belə bilmirlər", - deyə prezident Cənubi Karolina ştatının Myrtle Beach şəhərində tərəfdarları qarşısında çıxış edərkən bildirib. Qeyd edək ki, Tramp ABŞ tarixində iki impiçment proseduru ilə üzləşən ilk prezidentdir. Hər iki iş onun birinci prezidentlik dönəmi ilə bağlı olub və 2019 və 2021-ci illərdə baş vermiş bu impiçment tələbləri Senatda rədd edilib.
SAMİRƏ